Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Qrant verilməsi qaydalarına dəyişiklik olub


Nazirlər Kabineti

Nazirlər Kabinetinin «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası»nda dəyişikliklər etdiyi bildirilir.

Xəbəri APA yayıb.

Xəbərdə qeyd edilir ki, bu qaydalar beynəlxalq qurumların və xarici hökumətlərin Azərbaycan ərazisində qrant vermək hüququnun əldə olunması qaydasını tənzimləyir.

Xəbərdə bildirilir ki, dəyişikliyə əsasən, öncədən Maliyyə Nazirliyinə müraciət edərək qrant vermək hüququ əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib.

İndiyə qədər Maliyyə Nazirliyi hər il iki dəfə qrantın maliyyə-iqtisadi baxımdan məqsədəuyğunluğuna dair təqdim etdiyi rəylər barədə İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatlar təqdim edib.

Bundan sonra isə bu prosesin paralel aparılacağı bildirilib.

Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılacaq və çatışmazlıqların aradan qaldırılmasından ötrü əlavə olaraq 10 gün müddət təyin ediləcək

Prosedurun dəyişməsi ilə paralel Maliyyə Nazirliyinin xarici donorlara qrant vermək hüququ tanıması müddətinin də azaldıldığı bildirilib. Başqa sözlə, bu vaxta qədər müraciətə ərizə daxil olduğu gündən 15 gün ərzində baxılıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, rəyin verilməsi müddəti 15 günədək uzadılıb. İndi isə müraciətə 7 gün ərzində baxılacağı açıqlanıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, rəyin verilməsi müddəti də 15 gün deyil, artıq 7 günədək azaldılmalıdır.

Multimedia

XS
SM
MD
LG