Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 02:26

Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'


Leyla Yunus

“Avropa Birliyi başda olmaqla digər beynəlxalq qurumlar Azərbaycanda həbsdə olan siyasi məhbusları daha ardıcıl və prinsipial şəkildə müdafiə etməlidir”.

Bunu Siyasi Məhbusların Müdafiə Mərkəzinin bu gün, fevralın 10-da keçirilən toplantısına internet üzərindən qatılan hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunus deyib.

Buna da bax:​ Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

O, Avropa qurumlarında siyasi məhbus sayılan şəxslərin müdafiəsi ilə bağlı apardığı danışıqlar haqda bilgi verib.

Toplantıda əsas müzakirə mövzusu “Nardaran işi” və bu qəbildən olan digər məhkəmə çəkişmələri olub.

“Nardaran işi” ilə bağlı hazırda davam edən məhkəmə prosesi geniş müzakirə olunub. Qərara alınıb ki, Nardaran olayları ilə bağlı hesabat hazırlansın. Sənəd yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunsun.

Buna da bax:​ Taleh Bağırov və digərlərinə bəraət istənilir

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax:​ Amnesty International: ''Nardaran işi'nə yenidən baxılmalıdır'

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG