Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:38

Amnesty International: ''Nardaran işi'nə yenidən baxılmalıdır'


'Nardaran işi' məhkəməsi. 25yan2017.

Amnesty İnternational beynəlxalq təşkilatı Azərbaycan hökümətini “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırovla digər 17 nəfərin ədalətli məhkəmə hüququnun pozulmasını və işgəncə şikayətlərini araşdırmağa çağırıb.

Qurumun bəyanatında yazılır ki, işgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz və həmin şəxslər azad edilməlidir.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

Amnesty International hesab edir ki, dindarları işgəncəyə məruz qoyan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Həmçinin təşkilat vurğulayır ki, həbs zamanı işgəncəyə məruz qaldığı bildirilən Cahad Balakişiyev, Şamil AbdullayevBəhruz Əsgərov təcili müalicə olunmalıdır.

"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı qeyd-şərtsiz azad edilməlidir. Çünki o, fikrin ifadə olunması hüququna görə həbs olunub", bəyanatda deyilir.

Təşkilat onu vicdan məhbusu elan edib.

Buna da bax:​ 'ANS-in 'Xoca' filmini aparıb məktəblərdə göstərirdik'

Söhbər “Nardaran işi-1”dən gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov və digər 17 müttəhim barəsində hökm çıxarılıb.

T.Bağırov hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda ittiham olunaraq 20 il azadıqdan məhrum edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da nardaranlılarıntələblərini dəstəklədiyinə görə 10 il həbs cəzası alıb.

Digərlərinə də 20 ildən 10 ilə kimi həbs cəzası verilib. Onlar ittihamları qəbul etmir, işgəncə altında dindirildiklərini bildiriblər.

Buna da bax:​ ​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Ancaq məhkəmədə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları də işgəncə şikayətlərini təkzib etmişdilər.

Hazırda Nardaran hadisələri ilə bağlı daha iki qrupun ayrı-ayrılıqda məhkəməsi gedir. Bu 3 prosesdən əvvəl isə daha yüngül maddələrlə ittiham edilənlər mühakimə olunmuşdular.Onlar 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası almışdılar.

Buna da bax:​ Nardaran işi-3: 'Dedilər ifadəni imzalamasan, soyundurub...'

Xatırlatma

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Taleh Bağırov və tərəfdarları polisləri də onlar öldürmədiklərini bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG