Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:11

Taleh Bağırov və digərlərinə bəraət istənilir


"Nardaran işi" məhkəmənin qarşısı.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının da daxil olduğu 18 məhbus ilə bağlı məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Bu haqda iş üzrə vəkillərdən Fariz Namazlı məlumat verib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü əsassız və qanunsuz hesab edir.

Buna da bax:​ Amnesty International: ''Nardaran işi'nə yenidən baxılmalıdır'

Apellyasiya şikayətində aşağı məhkəmənin qərarının ləğv edilməsi, 18 nəfərə bəraət verilməsi istənilir.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox üzvü və tərəfdarı həbs olunub. Hüquq müdafiəçiləri isə onların sayını 87 göstərir. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, Fuad Qəhrəmanlıya 10 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.

Buna da bax:​ ​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG