Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:11

Hakimiyyət nədən ehtiyatlanır?


arxiv
arxiv

Son günlər siyasi təşkilatlara basqılar coxalıb. REALa hücumlar, Musavat partiyasının qərargahında keçirilən aksiya, indi də rayonlarda AXCP, Müsavat partiyalarının yerli qərargahlarından çıxarılması.

Niyə yenidən siyasi təşkilatlara hücumlar başlayıb? Hakimiyyət nədən ehtiyyatlanır? Siyasi təşkilatlara bu son hücum dalğasının arxasında hansı məqsədlər dayanır?

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin sözlərinə görə, hakimiyyət öz qarşısına birmənalı şəkildə hədəf qoyub ki, müxalifəti sıradan çıxarsın.

İsa Qəmbər bildirir ki, hakimiyyətin atdığı bütün qanunsuz addımlara baxmayaraq müxalifəti sıradan çıxarmaq onlara müyəssər olmayıb. Müsavat partiyasının keçmiş başqanı deyir ki, indiki mərhələdə Azərbaycanın sosial-iqtisadi böhran şəraitində cəmiyyətin tədricən fəallaşması görünür. Buna görə hakimiyyət cəmiyyətlə demokratik düşərgənin birləşməsindən qorxuya düşüb.

İsa Qəmbər: " hakimiyyət birmənalı hədəf qoyub"
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

Siyasi şərhçi Azər Rəşidoğlu da baş verənləri ölkədəki iqtisadi-sosial problemlərin dərinləşməsi ilə əlaqələndirir. Onun sözlərinə görə bu problemlər ölkədə narazıların sayını artırır və bu, gələcəkdə sosial kataklizmlərə gətirib çıxara bilər.

Şərhçi bildirir ki, siyasi etirazlar zamanı kütlənin lokomotivinə çevrilə biləcək siyasi təşkilatları hakimiyyət bu səbəbdən təzyiq altında saxlamaqda israrlıdır.

Azər Rəşidoğlu: "ölkədə iqtisadi-sosial problemlər dərinləşir"
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, bu iqtidar hakimiyyətə gələndən yeni qurumlar yaradıldı ki, onlar səylə çalışıb, müxalifəti gücsüz hala gətirsin. Onun sözlərinə görə, həmin qurumlar öz varlıqlarını da qorumaq üçün görüntü yaradırlar ki, guya ölkədə güclü müxalifət var və onlar müxalifətə qarşı mübarizəni davam etdirirlər.

Zərdüşt Əlizadə bildirir ki, bu addımlar yalnız və yalnız həmin qurumlarda çalışanların maaş və karyerası üçün atılır.

Zərdüşt Əlizadə: "görüntü yaradırlar ki..."
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00
Direct-ə keçid

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının funksioneri Elman Nəsirov isə baş verənlərə siyasi rəng verilməsinin doğru olmadığını söyləyir. Onun sözlərinə görə bir çoxları hüquqi müstəvidə olan məsələlərə siyasi məna vermək istəyirlər.

Elman Nəsirov vurğulayır ki, hansısa partiyaya siyasi təzyiq olduğunu demək məsələyə kökündən yanlış yanaşmaqdır. Deputat deyir ki, Azərbaycan hüquqi dövlətdir və kimsə baş verənləri siyasi təzyiq kimi qiymətləndirirsə, məhkəməyə müraciət edə bilər.

Elman Nəsirov: "siyasi təzyiq kimi qiymətləndirirsə, məhkəməyə müraciət etsin"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG