Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:15

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu


Biznes forum (arxiv fotosu)

Fevralın 17-də İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat yayıblar.

Buna da bax:​ AB-Azərbaycan məsləhətləşmələri keçirilib

Məlumatda qeyd edilir ki, biznes-forumda Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG