Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

Jurnalistlər Cocuq Mərcanlıda


Xarici KİV-i təmsil edən bir qrup jurnalist bu gün, fevralın 7-də Ermənistan qoşunlarının işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində olub.

Bu kənd İran-Azərbaycan sərhədi yaxınlığında, Cəbrayıl rayonunda yerləşir.

Hazırda orada normal vəziyyətdə ev yoxdur.

Yerli icra hakimiyyəti nümayəndəsinin sözlərinə görə, kəndin bərpası tədricən olacaq. Öncə 50 ev inşa ediləcək. 10 min hektar ərazi minalardan təmizlənəcək. Ümumilikdə, 2 mln. 700 min kv.metr ərazi təmizlənməlidir.

İlin sonunadək kənddə 200 ailə yaşamalıdır.

XATIRLATMA

Bu kənd 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə kənd azad edilib. Ancaq Lələtəpə yüksəkliyi Ermənistan qoşunlarının nəzarətində olduğundan Cocuq Mərcanlı və digər kəndlərin sakinləri ora gedə bilməyib. Bu yüksəklik 2016-cı ilin aprel döyüşlərində geri alınıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG