Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:58

Zabrat gölü daşdı, evləri su basdı...


Zabrat

Zabrat gölündə suyun səviyyəsinin artdığı bildirilir.

«Qafqazinfo» saytı xəbər verir ki, nəticədə ətraf əraziləri, Kürdəxanı yolunu və evləri su basıb. Sakinlərin demələrinə görə, onlar eyni problemlə tez-tez üzləşirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, gölün qidalanması atmosfer yağıntıları, qrunt suları hesabına formalaşır: «Son günlər əraziyə düşən atmosfer yağıntıları səbəbindən gölün səviyyəsinin qalxması müşahidə olunur. Gölün qidalanma yeri var, ancaq boşalma sahəsi yoxdur. Göl ətrafında əhali məskunlaşır, yeni tikililər salınır. Mərkəzləşmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər primitiv üsullardan istifadə edirlər. Onlar öz həyətlərində şambolar qazırlar, təsərrüfat və məişət suları birbaşa şambolara axıdılır. Bu da qrunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Buna görə də, gölün səviyyəsinin qalxması müşahidə olunur. Hətta Kürdəxanı istiqamətində yolun üstündən də su axdığının şahidi oluruq».

Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov isə deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində göllərin təmizlənməsi məsələsi də yer alıb: «Zabrat gölü böyük bir göldür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həll olunması istiqamətində qərar gözlənilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG