Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 13:25

'Faiq Əmirlinin müalicəsi səmərə vermir'


Faiq Əmirli

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətində ciddi problemlər qalmaqda davam edir. Onun müalicəsi səmərə vermir”.

Bu haqda fevralın 3-də onunla görüşən vəkili Aqil Layıc məlumat verib.

Vəkil deyib ki, Faiq Əmirlinin səhhətində ciddi problemləri var.

“Müəssisədə aldığı müalicə effektini vermir. Yenə də yemək yeyəndə qaytarır”, vəkil bildirib.

Buna da bax:​ Qırmızı Xaç Faiq Əmirli ilə maraqlanıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti F. Əmirlinin sağlıq durumu ilə bağlı suallara cavab verməyib.

Xatırlatma

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim ediblər.

Buna da bax:​ Vəkili Faiq Əmirlinin qida qəbul edə bilmədiyini deyir

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fethullah Güleni ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG