Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:16

Ötən ilin sonu Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31 milyard 439,5, öhdəlikləri isə 29 milyard 530,7 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu sektorun balans kapitalı 1 milyard 908,8 milyon manatdır. Əhalinin isə 7 milyard 432,1 milyon manat əmanəti var.

Buna da bax:​ 'Yanvarda dollara tələbat azalmalı idi, martda yenə artacaq'

Banklardan ikisi dövlətə məxsusdur. 15 xarici kapitallı bank, xarici bankların da 2 yerli filialları var. Bankların ümumilikdə 569 filialları, 131 şöbələri fəaliyyət göstərir. Bütövlükdə, bank sektorunun 16 min 947 nəfər işçiləri var.

144 bank olmayan kredit təşkilatları (BOKT) var. BOKT-nın işçi heyəti 2 657 nəfər təşkil edir.

Ötən il ölkədə 10-dan çox bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bəzi bankların da filialları azaldılıb.

Buna da bax: 'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'

Azərbaycanın bankları 2016-cı ili zərərlə başa vurub

Bu ilin yanvarın 1-nə bank sektorunun cəmi zərəri 1 milyard 667,6 milyon manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) açıqladığı məlumatda qeyd olunub.

Ötən ilin 11 ayında isə bank sektoru 1 milyard 271,5 milyon manat zərər etmişdi. Hazırda Azərbaycanda 32 bank fəaliyyət göstərir.

Buna da bax:​ Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Ötən il ölkədə 10-dan çox bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG