Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:46

Hüquq müdafiəçisi izləndiyini düşünür


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

O.Gülalıyev deyir ki, hökumət onun mühafizəsini “gücləndirib”.

“Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayiət edir, izləyirlər. Yəqin onlar məni yad təsirlərdən, arzu olunmaz kənar hücumlardan “qorumaq” istəyirlər”, deyə hüquq müdafiəçisi zarafat ilə qeyd edib.

O, izlənməsinin yanvarın 24-dən - “Müsəlman Birliyi” Hərəkatının həbsdəki rəhbəri Taleh Bağırovun tərəfdarlarından olan Əhsən Nuruzadədən əleyhinə ifadə alınmasına cəhd edilməsindən sonra daha da intensivləşdiyini bildirib.

Buna da bax:​ Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

“Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 2012-ci ilin iyunundan haqqımda olan həbs qəti imkan tədbiri polis nəzarəti altına vermə qəti imkan tədbiri ilə əvəzlənib. Əvvəllər izlənməyimi məhkəmənin qərarına uyğun qəbul edirdim. Artıq həmin qərar ləğv olunub. Amma izləmə intensivləşib”, hüquq müdafiəçisi deyib.

O.Gülalıyev sonda qeyd edib ki, izlənməsinə baxmayaraq qanunsuz həbs olunmuş, hüququ tapdanmış insanları müdafiə etmək işindən geri çəkilmək fikri yoxdur. O, izlənməsini hüquq müdafiəçisi kimi fəaliyyəti ilə izah edir.

Hüququ müdafiəçisinin bu açıqlamasına, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Taleh Bağırovun tərəfdarına 10 sutka

Xatırlatma

Əhsən Nuruzadədə polisin qanunu tələbinə riayət etməməkdə günahlandırılaraq 10 sutka inzibati həbs cəzası alıb. Vəkili Yalçın İmanovun deməsinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində ondan Oktay Gülaliyev və daha bir neçə şəxsin əleyhinə ifadə almaq istəyiblər. DİN-dən vəkilin bu açıqlamasına da münasibət almaq mümkün olmamışdı.

Oktay Gülalıyev 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçən etirazlardan sonra həbs edilmişdi. Ona 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra Prezident Administrasiyasının müdaxiləsi ilə o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilmişdi.

Buna da bax:​ Siyasi Məhbusların Müdafiə Mərkəzi təsis olundu

Oktay Gülalıyev azadlığa buraxılsa da, onun işi bu yaxınlara qədər bağlanmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG