Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 23:27

Krım qayıtmayınca, sanksiyalar qalacaq-ABŞ


Nikki Haley

ABŞ Rusiyanı Ukraynanın şərqindəki əməliyyatlara görə pisləyib.

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley deyib ki, Krım Ukraynanın bir hissəsidir və Rusiya Krımı qaytarmayınca, sanksiyalardan azad edilməyəcək.
ABŞ səfiri BMT Təhlükəsizlik Şurasında ilk çıxışında Rusiyanı tənqid etdiyinə görə təəssüf hissi keçirdiyini söyləyib, amma buna Rusiyanın Ukrayna siyasətinin səbəb olduğunu bildirib. O deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın işğalına təcili son qoymasını istəyir.

Rusiya Krımı 2014-cü ildə tutub və ərazisinə ilhaq edib. Ukraynayla yanaşı, BMT-yə üzv olan 99 ölkə bunu pisləyib, ABŞ və AB Rusiyaya qarşı sanksiyalar qoyublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG