Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 14:34

Hakim partiya xərclərini açıqladı


YAP icra katibinin müavini Siyavuş Novruzov.

Fevralın 2-si hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin toplantısı olub.

Toplantıda YAP-ın gəlirləri və xərcləri barədə hesabat açıqlanıb.

Həmin hesabata görə, 2016-cı ildə YAP-ın gəlirləri 7 736 859 manat olub. Həmin vəsaitin 6 596 979 manatının üzvlük haqlarından, 1 139 880 manatının isə büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən formalaşdığı bildirilib.

Buna da bax:​ Siyavuş Novruzovun istehza etdiyi Schulz Almaniya kansleri ola bilər

Həmin vəsaitin əsas hissəsi - 4 000 736 manatı partiyanın icra katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqlarına sərf edildiyi bildirilib

YAP tikinti və təmir işlərinə 1 919 722 manat xərcləyib.

Partiyanın ehtiyatında isə 8 939 197 manatın qaldığı bildirilir.

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi və Müsavat kimi müxalifət partiyaları isə büdcənin maliyyə dəstəyindən məhrumdurlar. Mövcud qanunvericiliyə görə, yalnız parlamentdə təmsil edilən partiyalar dövlətdən maliyyə dəstəyi alırlar. Həmin müxalifət partiyaları isə parlamentdə təmsil olunmurlar. Onlar son parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığını bəyan ediblər.

Buna da bax: Avropa Parlamenti rəhbərliyindəki dəyişikliyə Bakıda niyə sevinirlər?

Hakim Yeni Azərbaycan Partiyası müxalifəti maliyyə hesabatı verməməkdə, onlar isə hakimiyyəti Neft Fonduna yığılmış 120 milyard dollar vəsaiti dağıtmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG