Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:58

İlk ticarət nümayəndəsi Rusiyada olacaq


Rusiya (arxiv fotosu).

“Azərbaycan Rusiyada ilk ticarət nümayəndəsini təyin etməyi planlaşdırır. Bu tamamilə məntiqə uyğundur”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 2-də Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri ilə görüşündə belə deyib.

Nazir müavini Çin və Birləşmiş Ərəb Əmirliklərinə də ticarət nümayəndələrinin təyin edilməsini istisna etməyib.

Buna da bax:​ 'Amerika Azərbaycanda xarici investisiyaların 80 faizini təşkil edir'

Sahil Babayev əlavə edib ki, nümayəndələr ticarət evləri ilə bərabər Azərbaycanda istehsalı olan məhsulların təşviqi ilə məşğul olacaqlar.

“Ötən ilin sonunda Azərbaycana məhsul idxalı üzrə lider Rusiya olub. MDB ölkələri ilə olan ticarət dövriyyəsində mənfi saldonun böyük hissəsi məhz bu ölkənin payına düşür”, nazir müavini bildirib.

Nazir müavini qeyd edib ki, növbəti illərdə Azərbaycanın əsas prioriteti ixracatın diversifikasiyası olacaq.

Buna da bax:​ AmCham prezidentin vergi sərəncamını alqışlayır

Görüşdə “AmCham”ın icraçı direktoru Natəvan Məmmədovanın, “Bakı Şəhər Halqası”, “McDermott Caspian” və “PmD Group” şirkətlərinin nümayəndələrinin də çıxışları dinlənilib.

Xatırlatma

Bir neçə gün əvvəl prezidenti İlham Əliyev ölkənin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.

Buna da bax: İnvestisiya neft sektoruna yönəlib

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

XS
SM
MD
LG