Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Britaniya hökuməti Avropa Birliyindən çıxmaqla bağlı plan təqdim edir


Theresa May

Britaniya hökuməti ölkənin Avropa Birliyindən çıxması ilə bağlı hərtərəfli plan elan edəcək.

Bu plan İcmalar Palatası-nın dünən Brexit-lə bağlı qəbul etdiyi qanun layihəsinə əlavə ediləcək.

Baş nazir Tereza Mey Bunun əsasında Avropa Birliyi ilə danışıqlara başlayacaq.

Lissabon sazişinə görə proses 2 ildən çox çəkməməlidir.

Geniş qanun layihəsi hələ İcmalar Palatası-nın palatalarında müzakirə olunmalıdır.

Sənəd qəbul edilsə, Lordlar Palatası-na göndəriləcək.

Qeyd edək ki, hökumət parlamentin icazəsi olmadan ölkənin Avropa Birliyindən çıxması prosesinə başlamaq istəyirdi.

Amma Ali məhkəmə bu günlərdə qərar çıxardı ki, bu parlamentin icazəsi ilə olmalıdır.

Ötən il iyunun 23-də keçirilən referendumda böyük Britaniya sakinlərinin çoxu ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

XS
SM
MD
LG