Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 14:39

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman haqqında məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Bu haqda onun vəkillərindən Fariz Namazlı məlumat verib.

Bakı Apellasiya Məhkəməsinə təqdim olunan şikayətdə hökmün əsassız olduğu vurğulanır.

Vəkilləri Elgiz Qəhrəmanı bəraət verilməsini tələb edirlər.

Buna da bax:​ NİDA niyə hədəfdədir?

Şikayətə nə vaxt baxılacağı, hələ ki, bəlli deyil.

XATIRLATMA

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Buna da bax: HRW Elgiz Qəhrəmanı buraxmağa çağırır

Həm Elgiz Qəhrəmanın özü, həm də NİDA Vətəndaş Hərəkatı həbsi siyasi motivlərlə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG