Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:00

Gürcüstana qarşı viza rejiminin ləğvi ilə bağlı səsvermə təxirə salındı


Giorgi Kvirikashvili

Avropa Parlamenti Gürcüstan vətəndaşlarına qarşı viza rejiminin ləğvi ilə bağlı səsverməni təxirə salıb.

Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Səsvermə fevralın 2-də Brüsseldə keçirilməli idi.

Amma RİA Novosti-nin məlumatına görə, səsvermə Avropa Parlamentinin bu ay Strasburqda keçiriləcək böyük sesiyasınadək təxirə salınıb.

Mənbənin məlumatına görə, səsvermənin təxirə salınması 3-cü ölkələrin qanunu pozacağı halda, Avropa Birliyinin onlara qarşı vizasız rejimi ləğ etməsinə imkan verən yeni mexanizmin qəbulu ilə bağlıdır.

Avropa Şurası ilə Avropa Parlamenti qərara alıblar ki, Gürcüstana qarşı viza rejiminin ləğvi ilə bağlı razılaşma, yeni mexanizmlə paralel qüvvəyə minməlidir.

Qeyd edək ki, Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanla Ukraynaya qarşı viza rejimini ləğ etmək qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG