Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Beynəlxalq Bank İnter-dən əlini çəkdi


"İnter" FK

Azərbaycan Beynəlxalq Bank (ABB) maliyyə dəstəyini “İnter” klubunun üzərindən çəkir. Bankın İdarə Heyətinin kluba sponsorluğun dayandırılmasına qərar verdiyi bildirilir.

Bu haqda bankdan açıqlama verilib.

Qərar yeni fəaliyyət mərhələsində olan bankın biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması ilə izah edilir.

Buna da bax:​ Maliyyə nazirliyi Beynəlxalq bankın bütün səhmlərini alıb

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov qərarla bağlı danışarkən idman sahəsindəki fəaliyyətin məhdudlaşdırılmasının yeni strateji hədəflərə uyğun olduğunu ifadə edib.

Onun fikrincə, bu, xərclərə qənaət etməyə, bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək.

Bankdan həmçinin bildiriblər ki, qərarla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət olunub. AFFA “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlərdən ötrü öz dəstəyini verməlidir.

Buna da bax: Beynəlxalq Banka ayrılacaq pulların taleyi sual altında qalır

ABB “İnter” PİK-in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi müqavilə əsasında peşəkar komandaya ötürüləcək.

Klub həmçinin sponsora açıq elan olunur.

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən “İnter” klubunun baş sponsoru idi. Ancaq bundan əvvəl ABB-da yaşanan kredit qalmaqalı vaxtı da klub bir növ dəstəksiz qalmışdı. Bu üzdən bəzi legioner futbolçuların maaşları da ödənilmirdi. Nəticədə 2015-ci il dekabrın 10-da UEFA bu klubu cəzalandırmışdı. “İnter” bir il avrokubok yarışlarından xaric edilmişdi.

Buna da bax:​ FIFA da 'İnter'i cəzalandırdı

Ancaq sonradan bankın rəhbərliyinin dəyişməsi ilə kluba sponsorluğun bərpa edildiyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG