Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:08

FIFA da 'İnter'i cəzalandırdı


«İnter». Foto arxiv
«İnter». Foto arxiv

FIFA Bakının «İnter» klubuna sanksiya tətbiq edib.

«Report» bu xəbəri klubun prezidenti Rəşad Qasımova istinadən yayıb.

Xəbərə görə, bu sanksiya ilə qarşıdakı iki transfer dövründə komandaya yeni oyunçu cəlb edilməsinə qadağa qoyulub.

R.Qasımov deyib ki, qərar mayın 26-da çıxarılsa da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) indi göndərilib. Cəzaya səbəb isə «İnter»in maliyyə «feyr-pley»ini pozması göstərilib: «Əslində, UEFA klubumuzu eyni səbəbdən 2016-2017 mövsümündə Avropa Liqasında iştirakdan məhrum etdikdən sonra FIFA-nın da hansısa cəza tətbiq edəcəyini gözləyirdik. Amma qərarın nəyə görə 3 aydan sonra göndərildiyi mənə aydın deyil. Görünür, ali futbol qurumunda çalışan şəxslərdən kiminsə yadından çıxıb. Əslində, qərarın gec göndərilməsi xeyrimizədir. Çünki elə qərar çıxdığı vaxt göndərilsəydi, yayda heyətimizə daha səviyyəli oyunçular yox, əvəzedici heyət futbolçularını cəlb edəcəkdik. Nəticədə yüksək yerlər uğrunda mübarizə apara bilməyəcəkdik. İndi isə qışda və gələn yay yeni transferlər edə bilməyəcəyik».

R.Qasımov qərardan şikayət etməyəcəklərini də vurğulayıb: «Onsuz da şikayət heç nəyi dəyişdirməyəcək. «Barcelona», «Real Madrid» kimi klubları cəzalandırırlar, şikayət qüvvədə qalır. Kimdir bizim lehimizə qərar çıxaran?».

Bakının «İnter» klubu xərclərinin gəlirlərini üstələməsi və futbolçulara ödəmələrin gecikməsi səbəbindən cəzalandırılıb.

XS
SM
MD
LG