Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:34

Məhkəmə bloqqer Aleksandr Lapshin-in Azərbaycana təhvil verilməsi haqda qərarı təsdiqləyib. Bloqqerin ekstradisiyasını Minskdən Bakı istəyib. Səbəb bloqqerin Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsi, Qarabağı müstəqil dövlət adlandırması, Azərbaycan hakimiyyəti haqda tənqidi yazılar yazmasıdır.

İsrail, eyni zamanda Rusiya vətəndaşı olan A.Lapshin məhkəməyə Azərbaycanın tələbiylə bağlı şikayət ərizəsi yazıb. Yanvarın 26-da Minsk məhkəməsi onun ekstradisiyasıyla bağlı qərarı qüvvədə saxladığını elan edib. İndi A.Lapshin Belarusun Ali Məhkəməsinə apellyasiya verə bilər.

A.Lapshin keçən ilin dekabrında Minskdə həbs olunub. Yanvarın 18-də Belarus dövlət prokurorunun müavini Alyaksey Stuk onun ekstradisiyası haqda sərəncam imzalayıb. Təhvil verilsə, A.Lapshin-i Azərbaycanda 8 ilədək həbs cəzası gözləyir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Minski bloqqeri şərtsiz azadlığa buraxmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG