Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:58

Bloqqerin apellyasiya şikayətinə baxılacaq


Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

Yanvarın 31-i bloqqer Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq. Bu haqda AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil şikayətin M.Hüseynovun 200 manat cərimə edilməsi ilə bağlı olduğunu söyləyib.

Apellyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacağı gözlənilir.

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Şərhlər (2)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG