Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:41

Gəncənin bir hissəsi qazsız qalıb


Qaz sobası

Yanvarın 26-sı Gəncə şəhərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyət yaranıb. APA xəbəri «Azəriqaz» İstehsalat Birliyinə istinadən yayıb.

Xəbərə görə, təbii qazın verilməsində məhdudiyyət iridiametrli qaz kəmərində baş vermiş sızmanın aradan qaldırılması ilə əlaqədardır.

Qaz sızmasının qarşısının alınmasından ötrü təmir işləri aparılır.

Təmir işlərinin axşam saat 18 radələrində yekunlaşacağı gözlənilir.

Bu il yanvarın 2-si və 15-də Səngəçal ərazisində qazkəmərlərində baş verən yanğınlarla bağlı da ölkənin bir sıra ərazisində qaz verilməsi müvəqqəti dayanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG