Avropa parlamentinin keçmiş rəhbəri Martin Schulz-un Almaniya kanslerliyinə namizədliyi verilib.
Onun namizədliyini Sosial-Demokrat partiyası irəli sürüb.
Partiya bununla bağlı yekun qərarl yanvarın 29-da verəcək.
Bu ilin sentyabrında Almaniyada parlament seçkiləri keçiriləcək.
Kanslerlik uğrunda 4-cü dəfə indiki hökumət başçısı Angela Merkel də mübarizə aparacaq.
Son rəy sorğularına görə, Merkelin təmsil olunduğu mühavizəkar “Xristian-demokrat və Xristian sosialist ittifaqı” blokunun qələbəyə şansı daha çoxdur.
61 yaşlı Schulz 2012-ci ildən Avropa parlamentinin sədri olub.