Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 15:14

Deputatların narahatlığı


Tahir Rzayev

«Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb».

APA-nın xəbərinə görə, bunu yanvarın 25-i Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tahir Rzayev deyib.

Komitə sədri Aqiyə Naxçıvanlı isə vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahat olduğunu bildirib. O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarının da narahatlıq doğurduğunu söyləyib.

A.Naxçıvanlının deməsinə görə, uşaqları qəyyumluğa götürən zaman da çoxlu problemlər yaranır: «Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4 müraciət olub. Bizə deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən seçmişik. Lakin bu gün onun 4 yaşı var, hələ də onu qəyyumluğa götürə bilmirik. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan, sadalanan problemlər gündəmə gəlir».

XS
SM
MD
LG