Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 12:36

Rüfət Səfərov sabah 'kars'dan çıxır


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

«9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rüfət Səfərovun cərimə kamerasında (kars) saxlanma müddəti yanvarın 24-də başa çatır». Bunu AzadlıqRadiosuna keçmiş müstəntiq R.Səfərovun vəkili Bəhruz Bayramlı bildirib.

Vəkilin sözlərinə görə, bu, R.Səfərova saxlanmasından bu yana davam edən haqsızlığın davamıdır: «Kürdəxanıda saxlandığı kameraya residivist yerləşdirmişdilər, cəzaçəkmə müəssisəsində kamerasına epilepsiya xəstəsi olan şəxsi salıblar. Beləliklə, mənəvi və psixoloji təzyiqlər davam etməkdədir».

Vəkil xatırladıb ki, cəzaçəkmə müəssisəsinin zabiti R.Səfərovun şəxsiyyətini alçaltmağa çalışıb, tez də R.Səfərovun əməkdaşla mübahisə etdiyi barədə sənəd hazırlanaraq töhmət verilib və ardınca da «kars»a salınıb.

B.Bayramlı bununla bağlı R.Səfərovun hüquqlarını müdafiə komitəsinin hüquqşünaslar qrupunun Penitensiar Xidmətə müraciət etdiyini söyləyib.

Keçmiş müstəntiqlə bağlı Penitensiar Xidmət rəhbərliyindən açıqlama almaq, hələlik, mümkün olmayıb.

Xatırladaq ki, R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemindəki neqativlərə dair bəyanat yayaraq, bu sistemdən çıxdığını bildirib. Belə ki, həmin vaxta kimi R.Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi idi.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur.

XS
SM
MD
LG