Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

'İnsanlar ölkələrindən niyə qaçır...'


Rusiyaya Şərqi Ukraynadan gələn mühacirlər.

"Natiqi bir gecə səhər polis idarəsində saxlayıb döymüş, işgəncə verib təhqir etmişdilər. Səhəri gün rəis, əgər o, mətbuatdakı yazılarını dayandırmasa, onun M ilə bir yerdə olduqları intim görüntüləri yayacaqları ilə hədələmiş, mənasız bir izahat alıb buraxmışdılar. Natiq ona daha heç nə yazmayacağını söz verdikdən sonra onu buraxmışdılar".

Rasim İlyasov

QAÇIŞ

(hekayə)

1. Ev

Rasim İlyasov.
Rasim İlyasov.

O tezdən oyanıb paltarını geyinib otaqdan çıxdı, aşağı reseptiona düşdü, orada heç kimin olmadığını görüb mətbəxə keçdi, bir neçə dəfə çağirsa da heç kim cavab vermədi. Görünür çox erkən olduğundan otelin yeganə qadın xidmətçisi yatmışdı. Yadına düşdü ki, oteldən bir az aralı küçədə qəhvə satılan avtomat var, bu şəhərdə ümumiyyətlə az qala hər tində qəhvə dəmləyib satırdılar, və bu cür avtomatlara da çox rast gəlmək olurdu, xüsusən də kənar və kasıb məhəllələrdə. O avtomata yaxınlaşıb cibindən xırda pullar çıxarıb avtomata atdı, iki stəkan qəhvə götürüb otağa qayıtdı. M artıq oyanmışdı

- Sabahın xeyir

- Hara getmişdin?

- Siqaret çəkməyə, bir də qəhvə gətirdim sənə

M durub yataqda oturdu və istehza ilə gülərək dedi:

- Çox banal görünürsən..

- İstəmirsən içmə - Natiq qəhvəni trümonun üsyünə qoydu.

- Yox, ver mənə, istəyirəm - M iki əlini də ona sarı uzadıb gülümsədi. Natiq qəhvəni ona verib razı halda dedi:

- İçdinsə deməli bonal deyiləm. - və özü də bir neçə qurtum qəhvədən içıb əlavə etdi- saat 3 də səfirlikdə olmalıyıq.

- Hə bilirəm - M yataqdan qalxıb vanna otağına keçdi, bir azdan çıxıb paltarlarını geyinməyə başladı. O gödək şortunu və köynəyimi büstqaltersiz geyindi. Natiq ona təəcüblə baxıb soruşdu:

- Belə gedəcəksən?

- Nədir ki? – M gülümsəyərək ona baxdı- Yaraşmır?

- Məsələ onda deyil, bura düşündüyün gədər də sekulyar ölkə deyil, bunların kışiləri çox şorgözdür.

- Amma yaraşıqlıdılar..

- Onda qızları da qəşəngdi..

- Axı sən dünən dedin ki, eybəcərdilər? Nə oldu? Mənim də xoşuma gəldi belə deməyin.

- Heç olmasa büstqalteri geyin..

- Yaxşı inandırdın, bir də belə hava olmayacaqdı bəlkə də, bəxtimizdən istidir.

- Gəl gedək bir az şəhəri gəzək, sonra qayıdıb bir az abırlı geyinərsən.
Onlar oteldən çıxıb bir az aralıdakı, əsasən tələbələrin gəldiyi kafedə səhər yeməyi yedilər. Daha sonra metroya düşdülər. Baxmayaraq ki, Natiq birinci dəfə idi bu şəhərdəydi, amma bu dörd gündə şəhəri əməlli-başlı tanımışdı. Metrostansiyalar təmirsiz və qaranlıq idi, qatarlar amma sürətlə və nisbətən dəqiq işləyirdi.

Buna da bax: Amerikadakı azərbaycanlı qanunsuz mühacirlərin axırı necə olacaq?

- Stansiyamızın adı hər dəfə yadımdan çıxır - Metro çox səs küylü olduğundan M Natiqin qulağına uca səslə dedi.

- Ablavari..

- İndi harada düşəcəyik?

- Liberty square. Ordan şəhərin tarixi mərkəzinə piyada gedə bilərik

- Mən sənin coğrafi biliklərinə heyranam.

- Bunu kompliment hesab etdim - Natiq gülümsəyərək razı halda dedi
Onlar eskalatorla qalxanda Natiq onun əlindən tutub sonra isə isə qucaqlayıb dedi:

- Görəsən səni burda öpsəm polislər bir söz deməz - o başı ilə onlardan bir neçə pilləkən aşağıdakı bir qadın və bir kişi polisi göstərdi.

- Öp..

Metrodən çıxıb şəhərin mərkəzinə doğru gedəndə küçədə kitab satılan kiçik bir yarmarkada kitablara baxırdılar. M bir kitabı götürərək onu almaq istədiyini dedi. Natiq kitabı ondan alıb təəcüblə soruşdu:
- Bu nəyinə lazımdır? Bunun daha yaxşı tərcüməsi məndə var bilirsən, onu özümlə götürmüşəm, o evdən götürdüyüm yeganə kitabdır. Onu sənə hədiyyə edirəm..

M kitabı ondan alıb dedi:

- Hə bilirəm, üz qabığının içində lüt qadın şəkli də çəkmisən..

- Burda nə var ki?

- Hiss olunur ki onu naturadan çəkmisən, odur ki mənə lazım deyil, həmən qıza hədiyyə edərsən - deyib M ona dilini göstərib pul qabını çıxarıb kitabın pulunu ödədi.

Natiq başını yelləyib gülümsədi

- Sən düzələn deyilsən. Dünən də o kluba niyə getmədiyinin sirrini bildim

- Nə sirr? Heç bir sirr filan yoxdur..

- Axı sən özün də bilirsən ki ora şəhərin ən yaxşı klublarından biri idi..

- Sadəcə ehtiyyat etdim, bura yad şəhərdir..

- Sən dünən gətirdiyin bəhanələr içərisində bu yox idi. İndi isə yad şəhər . Dünən dedin ki bura yığışanlar hippilərdir, amma Vudstok festifallarının hamısına baxmısan. Nə vaxtan hippiləri sevmirsən? Məncə məsələ başqadır.

- Nə? – M dayanıb onun üzünə baxdı.

Natiq onun əlindən tutb özünə sarı çəkib qucaqladı.

- Çünki oranı mənə bir tanış qadın məsləhət görüb, sən sadəcə qısqanırsan. -
M onun əllərindən çıxıb yola davam etdi

- Mənə maraqlı deyil..

- Eləmi? Ona görə onun profilini ələk-vələk edirdin? Özüm gördüm

- Mənə maraqlı deyil - M ciddi sifət aldı, sonra isə gülümsəyərək əlavə etdi - Hə baxdım. Sonra? Sənə onunla maraqlı olmaz..

- Mən onu dosluqdan silmişəm artıq. Rahat ola bilərsən.

- Vecimə deyil, özün bilərsən. Gəl oturaq hardasa. Siqaret çəkmək istəyirəm, həm də yenə bir kofe içərdim. O barədə evə qayıdanda danışarıq

- Evə?

- Yəni otelə

- “Evə” çox yaxşı səsləndi.


Buna da bax: 'Uzun illər "srok" yatanlar niyə azadlığa çıxmaq istəmir...'

2. Bir ay əvvəl

- Salam ana necəsən? – Natiq yaxınlaşıb anaslnı qucaqlayıb öpdü.

- Salam oğlum!

- Dərmanlarını qəbul etmisən?

- Hə , xalaoğlu gəlmışdi, dedi ki yaxşısan..

- Allah köməyində olsun, o çox vicdanlı adamdır. Belə həkimlər indi çox azdır.
Natiq divanda anasının yanında əyləşib əllərini əlinə alıb tumarladı:

- Barmaqlarının qaraltısı bir az azalıb, müalicə sənə xeyir edib deyəsən.

- Hə bu gün bir az yaxşıyam, yemək də yedim. Sənin bişirdiyin supdan qalmışdı – O Natiqi qucaqlayıb kövrəldi.

- Yaxşı ana, hər şey yaxşı olacaq, keçən il də belə pisləşmişdin yadındadır? Həmi gəlmişdi səninlə vidalamağa – Natiq zarafatla gülümsədi

- Hə, arvadın gəlmişdi..

Natiq təəcüblə anasına baxdı. Sonra ayağa qalxıb televizoru yandırdı.

- Eləmi? Nə üçün? Mənim xəbərim olmayıb. Bir də ki ana biz artıq boşanmışıq.

- Nə isə götürürdü. Arzu deyib ki nənəmi görmək istəyirəm.

Natiq heç nə demədənmətbəxə keçib çayı qızdırmağa qoydu, sonra gəlib yenidən divanda oturdu.

- Natiq, gərək bu işlərə baş qoşmayaydın, hər şeyin dağıldı, ailən..

- Ana xahiş edirəm – Natiq onun sözünü yarımçıq qoydu - onsuz da özümü yaxşı hiss etmirəm, üstümə gəlmə, məni yenə məhkəməyə çağırırlar bilirsən, üstəgəl bu qəza.

- Bu gün bir oğlan gəlmişdi səni soruşurdu, dedi telefonu sönülüdür..

- Kim idi - Natiq həyəcanla soruşdu.

- Bilmirəm güclə durub domofondan baxdım, səhər-səhər idi. Dedi sabah gələrəm - anası Natiqə narazı halda baxaraq soruşdu - Yenə nə etmisən? Nə yazmısan?

Natiq əsəbi halda yerindən qalxıb mətbəxə keçdi özünə və anasına çay gətirdi.

- Bilmirəm ana, bəlkə başqa işlə bağlıdır, mənə heç kim zang etməyib, heç nə deməyib. – O mövzunu bəyişmək üçün soruşdu- Uşaqlar çox oturdular?

- Hə bir xeyli - anası çətinliklə ayağa qalxıb yavaş-yavaş stola sarı gəlib əyləşdi - Bir az buraları səliqəyə saldılar, çay dəmlədi, yemək bişirdi. Arzu da maşallah artıq böyük qızdır. Niyə belə oldu bilmirəm? Əgər mənə görə çarəsiz qalmısansa, qəti narahat olma. Hər gün allaha yalvarıram ki, məni öldürsün, sən də rahat olasan. Sənə bu qədər əziyyət verirəm. Bilirəm məni qoyub gedə bilmirsən. Əgər burdan getsən xoşbəxt olacaqsansa məni düşünmə.
Natiq heç nə demədən pəncərəyə yaxınlaşıb həyətə baxıb kövrəldi.

- Ana bir də belə demə. Səni bu vəziyyətdə qoyub heç yerə gedə bilmərəm.
Natiq anası yatdıqdan sonra, mətbəxdə gecə yarıya qədər oturub tək araq içirdi və M-lə məktublaşırdı. Hərdən anasına yaxınlaşıb onun necə cətinliklə və qeyri sabit nəfəs almasına baxıb ağlayirdı.

Çox içdiyindən o yeriyərkən səndələyir, hər qədəhdən sonra çölə çıxıb siqaret çəkirdi. Arağın yarısından da çoxunu içdikdən sonra onu yuxu tutdu.

O çox gec oyandı, başı ağrıyırdı. İlk olaraq anasının yanına keçib necə olduğunu yoxlamaq istədi. O birinci dəfə ömründə doğma bir insanın nəfəs almadığını, öldüyününü gördü. Nə edəcəyini bilməyərək çölə çıxdı, siqaret yandırıb daş pilləkəndə əyləşib telefonunu çıxarıb məktub yazdı: “ Мама не дышит, она умерла. Я уезжаю. Ты со мной?”

Buna da bax: 'Ölkəni divdən xilas etmək' - Cırtdan haqda nağılın dekonstruksiyası'

3. Ağsaqqal

O maşınını götürmək üçün avtoservisə gəldi. İki həftədən çox idi ki maşınsız idi. Yüngül bir qəzaya düşmüşdü, günah qarşı tərəfdə olduğundan bütün təmir xərclərini ödəmişdi. Maşının həm çölünü, həm də salonunu toz basmışdı, o əyləşib razı halda motoru işə saldı və süvinərək gülümsədi. Dərhal fləşkartını axtardı, onu tapmadıqda ustalardan onu görüb görmədklərini soruşdu.

- Müəllim , bax o oğlandadır sizin kartınız - deyə usta öz köməkçisini göstərdi.
Cavan oğlan gülümsəyərək, “indi gətirərəm” deyib içəri otağa keçdi və bir azdan əlində fləşkart geri döndü. Yenə gülümsəyərər Natiqə uzatdı

- Üzürlü sayın, çox əla playlistiniz var, hamısını kompüterə köçürmüşəm.
Natiq məmnun halda cavab verdi:

- Eləmi? Çox gözəl, belə musiqiyə qulaq asırsınızsa bu çox əla - daha sonra maşından bir CD götürüb ona verdi – Alın, bunu sizə hədiyyə edirəm, son albomlarıdır.

Gənc oğlan sevincək diski götürüb Natiqə təşəkkür etdi. Natiq maşına əyləşərək bir neçə dəfə qaza basaraq güclü motorun uğultusundan həzz aldı, və ustalara bir daha təşəkkür edib sürüb getdi.

İşə gəldikdə onu maşınla görüb hamı təbrik edir, “keçmiş olsun” dedi.
Binanın qarşısında mərkəzi küçəyə sarı, səkinin abadlaşdırılması işləri artıq tamamlanmaq üzərə idi. Işçilərdən bir nəfər ona yaxınlaşaraq küçədə bir neçə nəfərin gəldiyini və obyekt sahibini tələb etdiklərini dedi. Natiq çölə çıxdı, və iki “Niva” markalı maşının dayandığını və nəqliyyat nazirliyinin işçilərini gördü. Yaxınlaşaraq salam verdi:

- Obyekt dahibi sizsiz? - deyə hündür doylu cantaraq oğlan soruşdu.

- Xeyr, mən iş icraçısıyam. Nə lazımdır?

- Burda görülən işləri bizimlə razılaşdırmamısınız. Bilmlrsiz ki, bu yollar və səkilərə bizim icazəmiz olmadan heç bir inşaat işləri aparıla bilməz? Ona görə də dərhal işləri dayandırın.

Natiq onlarla bir qədər mübahisə etsə də bir nəticəyə nail ola bilmədi. Nəqliyyat işçiləri gobud halda ustaları və fəhlələri səkidən uzaqlaşdırdılar və Natiqdən obyekt sahibinin telefon nömrəsini istədilər. Natiq belə halllarda hamının “ağsaqqal” dediyi Vahid kişiyə zəng edirdi. O, obyekt sahibinin bütün qanuni və qeyri qanuni işlərini həll edirdi. Məcburi köçkün idi. 90-cı illərdə müharibədən sonra bu ərazidə məskunlaşmışdı. Qəsəbənin içərisindən neftayırma zavoduna məxsus benzin borusu keçirdi, Vahid kişi bu borudan benzin oğurlamaqla varlanmışdı. Dediyinə görə əraziyə nəzarəy edən polislərlə əl bir imiş. Elə o vaxtlarda da bu ərazidə restoranı olan, indi işlədikləriobyektin sahibinin qardaşı ilə tanış olmuşdu.Daha sonra onunla Moskvaya gedib kriminal dairələrə qoşulmuşdu. Və böyük nüfuzu olan bu adamın öldürülənə qədər ən yaxın adamı idi. Indi isə onun qardaşının bütün işlərini idarə edirdi. Dövlət orqanları ilə sövdələşmələr, sərəncam və digər sənədləşmə işlərində çox fərasətli idi.

Natiq ona zəng edib vəziyyəti dedikdə, o əsəbi halda söyərək bir neçə dəqiqəyə gələcəyini dedi.Vahid kişi gəldikdən sonra Natiq onun bu söhbətdə iştirakına ehtiyyac olmadığını bilirdi, və o sakitcə ikinci vərtəbəyə qalxıb oturub çay içən işçilərə gülərək dedi:

- Gəlin baxaq. Indi ağsaqqal onları pazlayacaq.

Natiq işçilərlə birlikdə pəncərədən baxıb bu yaşlı kişinin nəqliyyar işçilərini ərazidən necə qovmasına baxıb zarafatlaşıb gülüşütdülər. Daha sonra natiq aşağı düşüb gülümsəyərək dedi:

- Halaldır ağsaqqal! Yaxşı yola saldın onları.

- Bunlarla belə lazımdır- Vahid kişi hələ də əsəbi idi- belələrini çox yola salmışam.

Natiqə bir xeyli vaxt idi ki, Vahid kişinin ona danışdığı bir əhvalat heç rahatlıq vermirdi. O yenidən bu əhvalatla bağlı onunla söhbət etmək istəyirdi, amma içində bir həyəcan, hətta bir qorxu var idi. Söhbəti necə başlamaq istədiyini belə bilmirdi,ona etibar edə biləcəyindən əmin deyildi. Amma Vahid kişinin burda obyekt yeyəsinin pullarını xərcləməsinə göz yummuşdu. Buna görə də Natiqin xətrini çox istəyirdi. Yenə də toparlanıb yaxınlıqdakı çayxanada çay içməyitəklif etdi, və onunla bir vacib söhbətinin olacağını dedikdə Vahid kişi şox da ciddi qəbul etməyərək razılaşdı.

Bir xeyli vaxt öncə Vahid kişi obyekt sahibinin qanuni oğru olmuş qardaşı barədə danışmışdı. Onun, kimisə öldürdüyünü və polisdən gizləndiyini, onu ölkədən çıxarmasını, meşə dağ yolu ilə Dağıstana keçirdiyini danışmışdı.
Yaxınlıqdaki çayxana hələ sovet dövründən qalma birmərtəbəli köhnə bir binada idi . Burada əsasən ətrafda çalışan fəhlələr, taksi sürücüləri və yerli sakinlər toplaşırdı. İçəridəki plastik stol və stulların üstündəki süfrələr köhnə və çirkli, yarıya qədər mavi, yarıdan yuxarı ağ rənglənmiş divarlar bəlkə də 20 il olardı ki rənglənmirdi.

Onlar bir küncdə əyləşib çay sifariş etdilər, içəridə səhər-səhər olduğundan demək olar başqa müştəri yox idi. Çayçı iki armudu stəkan, daha sonra isə altı hisdən qaralmışbir çaynik gətirdi. Vahıd kişi natiqin onunla vacib söhbətinin olacağını deməsinin fərqinə varmadan ordan burdan söhbət edirdi. Natiq isə elə hey söhbəti həmən əhvalatın üzərinə gətirməyə çalışırdı. Və nəhayət toparlanıb soruşdu:

- Bilirsən ağsaqqal niyə soruşuram?

- Niyə?

Natiq bir qədər duruxdu dərin nəfəs alib davam etdi:

- Bir nəfər var, ona kömək lazımdır.

- Nə köməyi- Vahid kişi maraqla soruşdu.

- Bir nəfər yaxın adama ölkədən çıxarmaq lazımdır.

- Kimdir ki? – Vahid kişi baxışını sərtləşdirib cavab gözləmədən əlavə etdi -

Oğlum mən bu işlərlə məşğul deyiləm. Və tanımadığım adama bu işdə kömək etmərəm.

- O pul da verə bilər - Natiq bunun kömək edəcəyini düşünüb dedi –Bu çox vacıbdır vahid dayı.

Vahid kişi bir neçə saniyə fikrə getdi, başını yelləyibçox narazı bir sifət aldı.

- A kişi işinlə məşğul ola bilmirsən? Sənə bu lazımdır? - daha sonra bir qurtum çay içib maraqla soruşdu - Kimdir ki o? Nə edib?

- Heç nə etməyib- Natiq acizanə gülümsədi.

- Heç nəyə görə gizlənmirlər.

- Sözsüz ki..

- Nə edib? Adam öldürüb, oğurluq edib, - Vahid kişi bir qədər əsəbi halda soruşdu.

Natiq onu yumşaltmaq üçün yenə gülümsədi:

- Yox heç nə etməyib sadəcə ölkədən çıxışına qadağa qoyulub

- Hə? – Vahid kişi deyəsən ona inandı - Bank borcu var?

- Yox, hökumətlə problemi var.

- Oğlum – Vahid kişi ciddi sifət aldı – mıs-mıs deyincə birdəfəlik Mustafa de də. Məni tanıyırsan, yanımda baş kəssələr belə ağzımdan bir şöz belə qaçmaz. Başa düşdüm səni, bilirəm hökumətlə problemin var, bir-iki dəfə də tutumusan, əgər özün qaçmaq istəyirsənsə belə də de. Bu məsələ qəliz vəsələdir, buna heç kim qol qoymaz, əgər adam öldürsən, oğurluq etsən kimə sə atsan bu başqa vəsələ - o Natiqin gözlərinin işinə baxıb davam etdi - Hə danış görək nə məsələdir.

Natiq əllətini üzünə tutub dərin bir ah çəkdi:

- Hə, ağsaqqal düz tapdın, getmək istəyirəm buralardan, amma çıxışıma qadağa qoyulub. Sənə danışmışam bilirsən məqalələr yazırdım qəzetlər üşün. Axırıncı dəfə aparıb bir sutka saxladılar məni, döyməyə aparmışdılar - Natiq gülümsədi - keçən yayda da məhkəməm oldu, cərimə kəsmişdilər bir 15 sutka, indi iki həftədən sonraya yene məhkəmə təyin ediblər, bilirəm ki azı bir il həbs verəcəklər...

Vahıd kişi onun sözünü kəsərək dedi:

- Ay bala, gül kimi sənətin, işin, gəlirin vardı, sənə bu lazım idi? Hələ yaxşı ki xozeyin bilmir bunları, yoxsa səni burdan çoxdan atmışdı çölə. Ağlını başına yığ , başını sal aşağı pulunu qazan.

- Artıq bundan keçib - Natiq həyəcanla dedi.

- Hə orası düzdür, anan rəhmətə getdi, ailən dağıldı, rahat həyatını niyə korlayırsan? Bilirsən ki, danışmaqla, yazmaqla heç nə dəyişən beyil.
Araya bir qədər sükut çökdü, Natıqin gözləri doldu.

- Yaxşı oğlum, kişinin başına iş gələr, mən də bunlardan narazıyam, sənə danışmışam, düz səkkiz ay bayılda mənə zülm ediblər.

- Mənə kömək elə vahıd dayı, - Natiq sanki ona yalvarmağa belə hazır idi.
Vahid kişi qamətini düzəldib plastik kresloya yayxandı, bir neçə saniyə fikirləşib dedi:

- Bəs sənin işin, maşının evin, evladın? Bunları atıb gedəcəksən?

- Başqa çıxış yolum yoxdur, sənə hər şeyi demək istəmirəm, məni düz başa düş. Məsələ təkcə həbs olunmağımda deyil. O ki qaldı işə , sən davam edərsən, sənə də sərf edər.

- Yaxşı – Vahid kişi bu təklifdən deyəsən razı qaldı - mən bu işləri polislərin köməyi olmadan görməmişəm, onların da payı olub həmişə, ki rahat işimi görüm,mən Quba ilə əlaqə saxlayaram, sənə bir xəbər edərəm. Amma sözsüz ki pul istəyəcərlər.

- Nə qədər- Natiqin üzü güldü,

- Hələ bir dayan görüm, çox olmaz, 3-5 min, dəqiqi bilmirəm. Hələ qoy bir danışım.

Birdən natiq cərəyan vurmuş kimi dik atıldı, Vahid kişi bunu hiss edib soruşdu:

- Nə oldu?

- Ağsaqqal mən Rusiya tərəfə keçə bilmərəm, mən Gürcüstana keçməliyəm
Vahid kişi başını yelləyərək bir az məyus oldu.

- Bəs bunu səhərdən de də, mənim o tərəflərə də əlim girir, amma bir az çətin ilacaq, bəlkə bir az artıq xərcın çıxa bilər.

Natiq onun sözünü kəsərək sanki yenə ona yalvarmağa başladı:

- Vahıd dayı çox xahiş edirəm. Mənim ümidim ancaq sənədir. Mən nə pulu desən tapıb verəcəm.

- Ay bala məsələ pulda deyil. Gərək iş alınsın. Etibarlı adam olsun, bilirsən də, nəsə bir şey olsa, bunlardan can qurtarmaq çətin olar, nəslimizi kəsərlər. Mən bir beş üç günə sənə bir dəqiq şey deyərəm.

- Vahid dayı, vaxtım çox azdır, cəmi iki alti-bazar olacaq, mən həmən vaxta kimi maşınımı satmalıyam, başqa imkanım yoxdur,

- Birdən sata bilmədin? – Vahid kişi soruşdu

- Satacam, beşyüz, min aşağı, dəllallar alacaq.
Vahid kişi ona dəqiq heç nə deməsə də, cümə günü gələcəyini dedi, və bu arada ona zəng vurmamağı, bir də bu söhbət barədə heç kimə heç nə deməməyi tapşırdıqdan sonra çıxıb getdi.

Hər dəfə işə gələndə Natiq işçilərdən Vahid kişinin işə gəlib gəlmədiyini soruşurdu, üç gündən sonra işə gələndə onun maşınini obyektin qarşısında görüb həm sevindi, həm də həyəcanlandı. Salamlaşıb, heç nə olmamış kimi tikintiyə girib öz işləri ilə məşğul oldu. Daha sonra həyətə çixdıqda Vahid kişi hansısa bir məmurla söhbət edirdi, o səbrlə mənurun getməsini gözlədi. Vahid kişi əli ilə Natiqi yanına çağırdı. Natiq ona yaxınlaşdı, cox həyəcanlı idi.

- Bacıoğlu necəsən? - onlar əl tutub görüşdülər
Natiq çiyinlərini çəkib heç nə demədən gülümsədi.

- Gəl otur maşına - Vahid kişi əmrlə dedi.
Natiq maşına əyləşib həyəcanla onun nə deyəcəyini gözləyirdi.

- Məsələ belədir bacıoğlu - Vahid kişi söhbətə başladı - mən danışdım bir nəfərlə. Həll etmək olar.

- Çox sağ ol ağsaqqal, sənə ömrüm boyu borcluyam - Natiq onun sözünü kəsdi və qulaqlarına inanmadı.

- Problem deyil oğlum - Vahid kişi soyuqqanliqla davam etdi - Amma bu çox riskli bir məsələdir, əgər tutulsan və ya nəsə bir şey baş versə allah eləməmiş, nəslimizi kəsərlər. Sənin xətrini çox istəyirəm, bilirəm haqq yolundasan. Bunlar mənim qardaşımı, 5 il əzab verdilər, türmədən çıxıb heç üç ay yaşamadı, torpaq üçün canını qoymuşdu. İstəmirəm sən də gedib türmədə çürüyəsən.

Nə isə, o ki qaldı işlərə, onsuz da demək olar hər şey yekunlaşır, mən xozeynə bir şey deyərəm – o bir neçə saniyə fikirləşib davam etdi - İndi qulaq as mənə, hansı günü gedəcəksənsə dəqiqləşdir, telefonla, nə də elə elə heç kimə bir kəlmə belə, qalan nə var hamısını sənə deyəcəm, hara nə vaxt. Hə, bir də əsas məsələ, beş min pul lazım olacaq.
Natiq sevincindən az qaldı ki Vahid kişini bağrına basıb qucaqlasın, nəsə demək istədi amma qəhər onu boğdu. Vahid kişi əlini onun çiyninə qoyub dedi:

- Qəti narahat olma

- Oldu ağsaqqal. Bu bazar, ya da elə şənbə günü nə olursa olsun maşınınmı satacam, pulu alan kimi sənə zəng edərəm..

- Hə, - Vahid kişi onun sözünü kəsdi - deyərsən ki, gəl obyektə sadəcə, heç kimə bir kəlmə də bu barədə demə.

- Oldu -deyib Natiq onun əlini sıxdı, sevinə-sevinə maşından düşdü.

Bu gün cümə günü idi, Natiq iş vaxtının qurtarmasını səbrsizliklə gözləyirdi, fəhlələr və ustalar çıxıb getdikdən sonra maşına əyləşib evə tələsdi. Yol üstü mağazadan araq və ərzaq alıb evə gəldi. Maşını darvazadan içəri salıb evə girmədən küçəyə çıxıb qonşu darvazanı döydü, səsə heç kim çıxmadı. Əlini dəstəyə atdıqda qapının açıq olduğunu qörüb həyətə girdi, pəncərəyə yaxınlaşıb şüşəni döydü, bu dəfə qapını Sahibin anası açdı.

Sahib burda anası ilə tək qalırdı, yaşı qırxı keçməsinə baxmayaraq hələ də subay idi. O, məhəllədə Natiqin yeganə ünsiyyəti olduğu insan idi. Bir neçə dəfə nəşə çəkdiyi üçün polis tərəfindən saxlanmış, hətta həbs olunmuşdu. Bütün bunlara baxmayaraq o çox yaxşı və dünyagörüşlü həmsöhbət idi, Natiq onunla oturub içməyi və söhbət etməyi xoşlayırdı. Sahıb həm də çox qoçaq, fərasətli, və necə deyərlər daşdan pul çıxarmağı bacaırdı.
Natiq Sahibin evdə olub olmadığını soruşdu.

- Yox bala evdə deyil - anaı narazı halda cavab verdı - görən harda avaralanır..

Natiq indi Sahibin anasının dərdi açılacağını başa düşüb tez tələsik vidalaşıb, “zənğ edərəm ona” deyib evə keçdi.

Sahıb bir azdan gəlib çıxdı, onlar onlar həyətdə əyləşib araq içib bir az söhbət etdilər. Natiq təcili maşınını satmaq istədiyini və Sahibin onunla bazara getməli olduğunu dedi dedi, çünki bu işlərdə o cox təcrübəli idi, elə bu maşını ba ona vaxtilə Sahib bəyənmişdi.

Həftənin birinci günü Natiqin işə piyada gəlməsini heç kim başa düşmədi. O Vahid kişiyə zəng edib onu iş yerinə çağırmışdı. Vahıd kişi axşam, iş vaxtının qurtarmasına bir az qalmış gəlib çıxdı. Natiq çox həvəssiz və həyəcanla işdə var gəl edir, tez-tez siqaret çəkib vaxtını öldürürdü. Vahid kişi Natiqi maşınınna əyləşdirib soyuqqanlılıqla salamlaşdı, və heç nə demədən sürüb getdi. Öz evinin yaxınlığında dayanıb dedi:

- Günorta da çörək yeməmişəm. Düş gedək bir tikə çörək yeyək oğlum.

- Yox, Vahid dayı çox sağ ol! Mən ac deyiləm. Həm də işim var, getməliyəm - Natiq çantasını açıb sallofan torbaya bükülmüş pulu çıxardı - Beş mindir.
- At ora – Valeh kişi əli ilə sürət ötürücüsünü göstərdi və soruşdu - Nə vaxt getmək istəyirsən?

- Dördüncü gün.

- Yaxşı onda belə elə, axşam saat səkkizdə olmalısan rayonda həmən gün, sənə nömrə verəcəm indi. Ona zəng vur, ora çatanda. Öz telefonunu evdən çıxanda söndür at evə, orda vağzalda birindən xahış edərsən zəng edərsən, deyərsən Valehin bacısı oğluyam. Vəssalam.

O bloknotuna bir nömrə yazıb Natiqə verdi:

- İndi get, allah yolunu açıq eləsin

Natiq ona yenə təşəkkür edib maşından düşdü, avtobusa əyləşib şəhərin mərkəzinə gəldi. Bir internet kluba gəlib yeni açdığı twitter hesabından bir məktub yazdı: “ Salam! Hər şey yaxşıdır. Sabah saat 10:00 bizim masada”
O axşam evə gəlib yenə araq içdi. Buna baxmayaraq çox narahat yatmışdı.

Buna da bax: Ovcunun içində "Axır ki, intihar düyməsinə basdım" yazmışdı...

4. Gorüş

Səhər tezdən durub adətilə tünd kofe içib siqaret çəkdikdən sonra, həyətdə çatı ilə tullanıb bir az idman etdikdən sonra səhər yeməyi yeyib evdən çıxdı, avtobusa minib şəhərin mərkəzinə, həmişə görüşdükləri kafeyə gəldi. Hələ saat onun yarısı idi, kafe bir az olar ki açılmışdı. İçəri girdikdə gülər üzlü eynəkli ofisiant oğlan onu salamladı.

- Sabahınız xeyir!

- Xoş gördük - Natiq gülümsəyərək cavab verib ikinci mərtəbəyə qalxdı, pəncərənin qarşısındakıiki nəfərlik kiçik masada əyləşdi.

Masanın üzərində şüşə, şüşənin altında isə rəngbərəng kiçik daşlar, balıq qulaqları, kofe dənələri, müxtəlif ölkələrin dəmir və kağız pullarıvardı. Bura onların ən sevimli yeri idi, baha olsa da çox dadlı qəhvələri var idi. Ofisiant oğlan isə hansısa bir xarici humanitar təşkilatta çalışırdı, bir neçə dil bilirdi, və boş vaxtlarında bura işləyirdi, dostu isə piano üzrə bir neçə beynəlxalq müsabiqələrin laureatı idi və şənbə bazar günləri burda pianoda ifa edirdi.

- Təksiniz? – Ofisiant oğlan Natiqə yaxınlaşdı.
- Xeyr! - Natiq gülümsəd - Bir azdan yaxınlaşarsınız, həmişəki kimi, bir amerikano, bir latte.

- Baş üstə! - oğlan zarafatla gülümsəyib getdi.

Natiq səbirsizliklə M-i gözləyirdi, onlar on gün olardı görüşmürdülər. O pilləkənlərdən qalxıb Natıqə sarı gəldikdə ayağa qalxıb onu öpmək istədi, M əli ilə yox deyib narazı halda keçıb əyləşdi:

- Necəsən?

- Belə də.. - M çox gərgin və həyəcanlı idi.

- Mən hər şeyi həll etdim.

- Amma mən bilmirəm çox qərarsızam – M-in gözləri doldu, dodaqları titrəməyə başladı.

Natiq onun əlindən tutub sakitləşdirmək istədi amma o əlini çəkib,”lazım deyil” dedi

- Onsuz da bu günlərdə əsəbim tamam pozulub, üzürlü say. Heç nəyə həvəsim yoxdu, dünən yenə saxta bir profildən kimsə ağzına gələni mənə yazıb.

- Fikir vermə - Natiq əsəbi olduğunu biruzə vermək istəmədi - Onsuz da əl çəkən deyillər. On gündən sonra məhkəməmdi. Çətin ki buraxsınlar. Vəkil deyir ki azı bir il həbs edəcəklər, çıxış yolumuz yoxdur, görüntülər əllərindədir, onlarən çaldığı ilə oynasaq həyatımız korlanacaq. Qoy nə edirlər etsinlər, biz burdan gedəndən sonra istəyirlər lap televizorda göstərsinlər, heç vecinə də alma.

- Sənə niyə qoşuldum axı? – M sakitcə dedi.

Natiqi sanki cərəyan vurdu:

- Nə dedin?

- Heç nə.. – M başını aşağı saldı

- Bu nə sözdür? Mənə qoşulmusan?
M üzünü yana çeviribyaşlı gözləri ilə pəncərədən çölə baxdı, Natiqin üzünə baxmadan dedi:

- Bağışla, çox əsəbiyəm, heç cürə bu vəziyyətdən çıxa bilmirəm, mən yorulmuşam hər şeydən, rahat yaşamaq istəyirəm, hamı məndən əl çəksin, yeni insanlar, başqa mühit istəyirəm, bu lənətə qalməş ölkədə artıq qala bilmirəm.

Ofisiant oğlan qəhvə gətirdi. O M-in yaşlı gözlərini hiss etdikdə çox da ləngimədən geri döndü.

Onlar bir neçə dəqiqə sakitcə qəhvə içib danışmadılar. Natiq sükutu pozub dedi:

- Yaxşı, indi gəl hər şeyi sənə başa salım - deyib çantasından bir zərf çıxarıb stolun üstünə qoydu

- Burda biletin, beş yüz manat pul, bir də pasportundu, dördüncü gün axşam saat 9 da avtobus çıxır. Mən həmən günü günortadan sonra telefonumu söndürəcəm. Tiflisdə deyirsən tanışın var, ya orda, ya da bir ucuzvari oteldə yer götürüb qalarsan. Mən də elə həmən günü orda olacam, axşama qədər gəlib çıxaram yəqin, sənə yazacam. Işdi əgər xəbər çıxmasa, şənbə və bazarı da gözlə, sonra dediyim adama zəng vur. O səni səfirliyə aparacaq.
M heç nə demədən zərfi götürüb çantasına qoydu, əlləri və dodaqları hələ də titrəyirdi.

- Yaxşı özünü toparla. Bəs evdə nə demisən?

- Heç, dedim ki işimlə bağlı təlimə gedirəm, hər şey qaydasındadır.

- Əla- Natiq gülümsədi, stolun altında ayağını onun ayağına vurub- Ey! Hər şey əla olacaq – dedi

M başını silkələyib gülümsədi.

Onlar bir az da söhbətləşib, əvvəlcə M, bir neçə dəqiqədən sonra isə Natiq kafeni tərk etdi, avtobusa əyləşib işə getdi

5. Cuma

O birinci dəfə idi ki bu rayona gəlirdi. Yol boyu gözəl mənzərələrə tamaşa edirdi. M-nin yola düşməyinə bir xeyli vaxt var idi, və yol boyu hər dəfə yadına düşdükdə ürəyi tez-tez döyünür, narahat olurdu. Bir də evi tərk etdiyi səhnə gözünün qarşısından getmirdi. Səhər səhər durub həmişəki qaydada səhər yeməyini yeyib, bir az həyətdə gəzişib siqaret çəkib ağacları sulamışdı. Evdən böyük yol çantasını, paltarlarını, bütün sənədlərini və bir də sevimli kitabını götürmüşdü. Açarı yazdığı məktuba büküb, darvazanın çölündə daşların arasında gizlətmişdi.

Avtovağzalda düşüb bir oturacaqda əyləşib bir siqaret çəkdikdən sonra, o bir dükana yaxınlaşıb satıcıdan zəng vurmaq istədiyini, amma telefonunu söndüyünü dedi, satıcı onu başdan ayağa süzərək “olar” dedi, və telefonunu ona uzatdı. Natiq Vahid kişinin ona verdiyi nömrəni yığdı. Bir neçə saniyədən sonra telefona səsindən yaşlı görünən bir kişi cavab verdi. Natiq ona Vahid kişinin bacısı oğlu olduğunu dedi. Yaşlı kişi ona çayxanada oturub gözləməyinə yarım saata gələcəyini dedi. Natiq çayxanaya daxil olub bir küncdə əyləşib çay sifariş etdi. Bir neçə müddətdən sonra çayxanaya altmış yaşlarında bir kişi daxil olub ətrafa göz gəzdirdi, Natiqi görüb ona yaxınlaşdı.

- Natiq sənsən?

- Hə mənəm! – O ayağa qalxıb əl tutub salamlaşdı

- Xoş gəlmisən! - Yaşlı kişi onun salamını aldı

- Əyləşin çay içək.. - Natiq təklif etdi

Yaşlı kişi əyləşib dedi:

- Sağ ol, vaxtımız yoxdu, evdə içərik, gedək.- və dərhəl da ayağa qalxdı.

Natiq cibindən bir manat çıxarıb nəlbəkinin altına qoydu, çantasını götürüb onun dalınca çölə çıxdı. Onlar bir az aralıda dayanmış “jiquli” markalı, amma sanki zavoddan təzə çıxmış bir maşına əyləşdilər. O yaşlı olmasına baxmayaraq maşını çox məharətlə idarə edirdi. Yol boyu Natiq buraların necə gözəl olduğunu hey tərifləyirdi, o bu kişinin adını da soruşdu, Cuma. O birinci dəfə idi ki belə ad eşidirdi. Saat yarımlıq yarı asfalt yarı torpaq yollarla getdikdən sonra onlar kiçik bir kəndə gəlib çıxdılar. Cumanın evi kəndin ən hündür yerində meşədən cəmi bir neçə yüz metr aralıda idi. Darvazadan və evdən görünürdü ki o heç də pis yaşamır.Darvazanın qarşısında maşını saxlayıb siqnal verdi, bir azdan çox yaşlı bir qadın darvazanı açdı və onlar həyətə girdilər. Maşından düşdükdə Natiq yaşlı qadına salam verdi
-Xoş gəlmisiz! - qadın yerli ləhcə ilə cavab verdi.
- Anamdır.. - Cuma əlavə etdi
Evdə Cumanın arvadı və on iki on üç yaşlarında bir oğlu da var idi. Amma Natiq bundan sonra heç onlarla demək olar ki qarşılaşmadı. Bütün işləri onun anası edirdi. Ev bütün kənd evləri kimi toxuma xalçalarla döşənmışdi, baxmayaraq ki hələ payız deyildi. Amma buralarda hava sərin, gecə düşdükcə isə soyuq olurdu. Hələ Bakıdan çıxanda hava buludlu və sərin idi burada, isə əsl payız havası vardı.

Onlar əyləşib şam etdilər, onlara Cumanınn bəlkə də yaşı səksəni keçmiş qoca anası qulluq edirdi. Natiq çoxdan idi ki belə kənd yeməkləri yemirdi.Bir az da çəkmə araq içdilər, bu Natiqi dərhal kefləndirdi, o özünü daha rahat və cəsarətli hiss edirdi. Cuma ona izah etdi ki tezdən saat 4 də evdən çıxacaqlar, və iki saat yarım, ola bilsin üç saat piyada gedəcəklər. Sakitcə heç nə demədən danışmadan getməli, və cəmi bir dəfə dayanıb dincələcəklər.

- Bəs sərhədçilər bizi görsə nə olacaq? – Natiq soruşdu.

- Onlar lazım olanda görürlər, odur ki narahat olma. Səndən bir neçə addım irəlidə gedəcəm, geri qalma,. O biri tərəfdə bizi bir nəfər qarşılayacaq, səni rayon mərkəzinə aparıb avtobusa mindirəcək.

Onlar bir qədəh də araq içdilər. Cuma, “sabah özümüzlə yarım da götürəcəm, hərdən kömək edər sənə” deyib yatmaq vaxtı olduğunu bildirdi.

Natiq çölə çıxıb bir siqaret çəkdi, artıq M in yolda olduğunu düşündü, amma arağın təsirindən heç də əvvəlki kimi narahat deyildi. Tezliklə yatıb bir az da olsa dincəlmək istəyirdi. Və tez bir zamanda bütün bunların bitməsini M-i görmək istəyirdi.

Anası rəhmətə gedən gün həyətdə qohumlar, qonşular, eşidən-bilən hamı gəlmişdi. Natiq küçədə bir maşından tanış bir adamın düşdüyünü və toplaşan insanlara təəcüblə baxıb nəsə soruşduğunu gördü. O dərhal həmən adama yaxınlaşıb salam verdi, və nə üçün gəldiyini soruşdu. Bu hündür boylu canlı oğlan cinayət axtarış şöbəsinin əməkdaşı idi. O suala sualla cavab verdi

-Nə olub ki burda?

- Anam rəhmətə gedib – Natiq soyuqqanlılıqla cavab verdi

- Allah rəhmət eləsin- Polis zabiti əlini Natiqin çiyninə qoyubd edi - Düzü bilmədim. Onda gələn həftə gələrsən şöbəyə, rəis səninlə görüşmək istəyir.
Natiqi bir gecə səhər polis idarəsində saxlayıb döymüş, işgəncə verib təhqir etmişdilər. Səhəri gün rəis, əgər o, mətbuatdakı yazılarını dayandırmasa, onun M ilə bir yerdə olduqları intim görüntüləri yayacaqları ilə hədələmiş, mənasız bir izahat alıb buraxmışdılar. Natiq ona daha heç nə yazmayacağını söz verdikdən sonra onu buraxmışdılar. Bundan əlavə hələ keçən il o saxta bir ittihamla həbs olunmuş və cərimələnmişdi. İndi isə həmən iş üzrə yenidən şikayət olunmuş və bu dəfə onu 1 ilə qədər həbs gözləyirdi. İndi o bütün bunları M-ə görə ictimailəşdirmək istəmirdi. Nigahdan kənar münasibətlərin cəmiyyətdə necə pis qarşılanması onun önünü kəsmişdi, amma onlar hər ikisi bu şantajın qarşısında əyilməyərək ölkədən getməyə qərar verdilər. Görüntülərin üzə çıxacağını artıq veclərinə belə deyildi, əsas sağ-salamat buranı tərk etmək idi.

Otaqlar soyuq idi. Amma xalça üzərinə sərilmiş çox qalın yun döşək üstündə və qalin yorğana bürünərək yatmaq Natiqə ləzzət etdi, o bir müddət yuxuya gedə bilməsə də çox rahat və bərk yatmışdı. O hündür iki taylı ağır palıd qapının səsinə oyandı. Cuma qapını açıb onun oyandığını görüb başı ilə işarə edib vaxtdır dedi. Natiq yerindən qalxıb axşamdan hazırladığı paltarlarını geydi. Cəmi dörd saat yatmasına baxmayaraq ö özünü gümrah hiss edirdi, amma yenə də içində bir həyəcan və narahatlıq var idi. Onun fikrincə M artıq sərhəddi keçmişdi.

O çantasına bir daha əl gəzdirib hər şeyi yoxladı, sallofan torbaya qoyduğu kobud qış çəkmələrini çıxarıb çöldə qapının ağzına qoydu. Həyətdə soyuq su ilə yuyunub süfrəyə oturdu. Yenə də süfrədə dadlı kənd nemətləri vardi. Onlar yemək yedikdən sonra saat dörd tamamda evdən çıxdılar. Cumanın anası onların arxasınca su atdı və sakitcə evə keçdi.

Hava çox qaranlıq idi. Natiq ancaq qarşıda gedən Cumanın gödəkcəsinin arxasındakı balaca fosfor dairəni görürdü.

Onlar iki saat idi ki yol gedirdilər. Natiq çox yorulmuşdu, bu iki saat ərzində onlar bir kəlmə belə danışmadilar. Cəmi iki dəfə dayanmalı oldular. Çünki Natiq tez yorulurdu, o sərhəddi keçib keçmədiklərini əli ilə demək istəsə də Cuma ona əhəmiyyət verməyib başı ilə getməyi işarə edirdi. Amma Artıq natiq yarım saatdan da çox idi ki daha üzü yuxarı deyil, əsasən üzü aşağı getdiklərini hiss edirdi. Yaxınlıqda hələ ki heç bi yaşayış məntəqəsi görünmürdü. Amma o sevinirdi, üzündə gülüş vardı. Və birdən xeyli aralıda, üfüqdə onun gözü nəyəsə sataşdı. Bu bir təpənin başında sökülən dan yerinin haşıyəsində görünən bir kilsə idi. Natiq əvvəlcə bu mənzərəyə heyrətləndi, gülümsədi, daha sonra sevincindən səssizcə ağlamağa başladı

XS
SM
MD
LG