Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 19:39

Yağış, sulu qar və qar


Yağış

Yanvarın 20-si Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Yarımadanın bəzi ərazilərində yağışın sulu qara keçəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1-3, gündüz 4-6, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında da yağış, sulu qar gözlənir. Dağlıq və dağətəyi rayonlarda yağıntının qara keçəcəyi bildirilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG