Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:06

Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib


Neft buruqları

2016-cı ildə Azərbaycanda 59 milyard 987.7 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal edilib. Bu, 2015-ci ildən 3.8 faiz azdır.

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, bu, tikinti sektorunda əlavə dəyərin 27.6 faiz azalmasından irəli gəlir.

Ancaq bu dövrdə informasiya, rabitə sahəsində 4.5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıqda 2.6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 1.5 faiz, sənayedə 0.4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə isə 0.1 faiz artım olub.

ADAMBAŞINA 6 MİN

DSK-nin məlumatına görə, 2016-cı ildə ÜDM-in 39 milyard 403.1 milyon manatı, yəni 65.7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34.3 faizi (20 milyard 584.6 milyon manatı) isə neft-qaz sektorununpayına düşüb. ÜDM-in əhalinin hər nəfərinə düşən dəyəri 6 min 223.8 manat olub.

Müstəqil iqtisadçılar bildirirlər ki, dollarla götürdükdə, son illər Azərbaycanda ÜDM-nin daha çox azaldığı üzə çıxır.

Multimedia

XS
SM
MD
LG