Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 17:33

Sənayedə istehsal azalıb


Naxçıvan Avtomobil Zavodu

2016-cı ildə sənayedə 32.3 milyard manatlıq məhsul istehsal edilib. Bu, özündən əvvəlki illə müqayisədə 0.4 faiz azalma deməkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5 faiz artıb.

EMAL SEKTORUNUN PAYI AZDIR

Sənaye məhsulunun 65.4 faizi mədənçıxarma sektorunda, 28.2 faizi emal sektorunda, 5.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində istehsal olunub. İstehsalın 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

İÇKİ İSTEHSALI AZALIB, QİDA İSTEHSALI ARTIB

Mədənçıxarma sektorunda neft hasilatı 1.4 faiz, əmtəəlik qaz hasilatı isə 3.9 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 4 faiz, toxuculuq sənayesi 2.7 dəfə, geyim 41 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı isə 10.8 faiz artıb. Kağız və karton istehsalında da 1.3 faiz artım baş verib.

Bundan başqa, metallurgiya sənayesi məhsullarının 0.3, hazır metal məmulatlarının 24.9, kompüter, elektron məhsulların 7.4, elektrik avadanlıqlarının 3.3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı da 17 faiz artıb.

Üstəlik, mebel istehsalında 9, maşın və avadanlıqların təmirində, quraşdırılmasında 10.7 faiz artım baş verdiyi açıqlanıb.

Ancaq içkilərin 10, tütün məmulatlarının 13.4, dəri, ayaqqabı 67.9, poliqrafiya məhsullarının 12.1, kimya sənayesi məhsullarının istehsalının 12.7 faiz azaldığı deyilir. Tikinti materiallarının istehsalında 10.6, maşın və avadanlıqların istehsalında isə 14.9 faiz azalma olduğu açıqlanıb.

XS
SM
MD
LG