Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Çin legioner futbolçulara limiti azaltdı


Carlos Tevez

Çin Futbol Assosasiyası legioner futbolçulara limiti azaldıb.

Təşkilatın mətbuat mərkəzindən verilən məlumata görə, Çin komandaları 2017-ci ildən meydana əvvəlki kimi 4 yox, 3 oyunçu baraxa biləcək, müraciət ərizəsinə isə 5 legioner salına bilər.

Assosasiyanın məlumatına görə, məqsəd Çin futbolunu inkişaf etdirmək, yerli oyunçular yetişdirməkdir.

Qeyd edək ki,Çin klubları son vaxtlar “Real”ın futbolçusu Cristiano Ronaldo, “Barselona”nın futbolçusu Messi, Arda Turan və “Mançester Yunayted” in futbolçusu Zlatan İbrahimoviç də daxil olmaqla tanınmış xarici futbolçulara fantastik məbləğlər təklif edirlər. Amma bu oyunçulardan heç biri buna maraq göstəməyib.

Argentinalı hücumçu Carlos Tevez isə ilin sonlarında Çinin “Şanxay Qrinlend Şenxua” klubuna keçməklə dünyada ən çox maaş alan futbolçu oldu.

“Daily Mail” in yazdığına görə, 32 yaşlı futbolçu yeni klubunda həftəyə 615 min avro alacaq.

Tevez bununla Madridin “Real” klubunda həftəyə 365 min avro qazanan portuqaliyalı hücumçu Cristiano Ronaldonu keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG