Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:57

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 19-da Malayziyaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısına qatılacaq.

Malayziyanın paytaxtı Kuala-Lumpurda İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçiriləcək. İclas Myanmada Royhnqiya müsəlmanlarının vəziyyətinə həsr olunacaq.

Səfər zamanı E.Məmmədyarovun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Myanmada yaşayan müsəlmanların öz ölkələrində təcavüz və təqiblərə məruz qaldığı bildirilir. Bu səbəbdən onların xaricə mühacirət etdikləri söylənir.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG