Türkiyənin qərbindəki Dilovası şəhərində zavodda baş verən partlayışda 1 nəfər ölüb, 15 nəfərsə yaralanıb.
Bu barədə yanvarın 13-də yerli informasiya vasitələri xəbər yayıb.
CNN Turk-ün məlumatına görə, partlayış metal əridilən qazanlardan birində baş verib.
Yerli mer Mehmet Arslan xəsarət alanların həyatının təhlükədə olmadığını deyir.
Başqa bir məlumata görə isə İstanbulun Zeytunburun rayonunda 7 mərtəbəli binanın çökməsi nəticəsində 6 yaşlı bir uşaq ölüb, 6 nəfərsə xəsarət alıb.
Bina əvvəlcədən boşaldıldığından ölən və xəsarət alanlar ətrafdan ötənlər olub.