Ötən il dekabrın 30-da Azərbaycan Mərkəzi Bankının (AMB-nin) rəsmi valyuta ehtiyatı 3 milyard 974.4 milyon dollar olub.
Bu, 2015-ci ilin sonu ilə müqayisədə 1 milyard 42.3 milyon dollar azdır. Son ayda da 36.6 milyon dollar azalma baş verib.
Azərbaycan prezidenti İlham Əliyev bu günlər hökumətin son iclasında isə demişdi ki, Azərbaycan valyuta ehtiyatlarını qoruyub: «2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı qorumaq idi. Biz buna nail ola bilmişik».
2014-cü ildə isə Mərkəzi Bankın valyuta ehtiyatı 15 milyard dollara bərabər olub.
Hökumət AMB-nin valyuta ehtiyatını qorumaqdan ötrübu il Dövlət Neft Fondundan ona 7.5 milyard manat (4.2 milyard dollar) köçürməyi planlaşdırır.