Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:52

Tillerson Rusiyanı məsuliyyətli olmağa çağıracaq


Rex Tillerson

Bu gün-yanvarın 11-də Senatda Dövlət katibi vəzifəsinə namizədlə bağlı dinləmələr olacaq. Namizəd Rex Tillerson özü də çıxış edəcək. Onun açılış nitqində Rusiyayla bağlı narahatlığını ifadə edəcəyi, Moskvanı məsuliyyətlə hərəkət etməyə çağıracağı, üstəlik, NATO-nun Rusiyayla bağlı sayıqlığının əsaslı olduğunu söyləyəcəyi gözlənir.

R.Tillerson-un çıxışının mətni haqda yeni seçilmiş prezidentin—Donald Trump-ın komandası məlumat yayıb. Məlumata görə, R.Tillerson çıxışında həm də D.Trump-ın Rusiyayla münasibətləri yaxşılaşdırmaq çağırışlarının səbəbini izah edəcək.

R.Tillerson-un Obama administrasiyasını tənqid edəcəyi də məlum olub. Mətndə Rusiyanın aqressiyasının artmasına səbəb kimi ABŞ rəhbərliyinin zəifliyi, «qapıları açıq qoyması» göstərilir.

«Rusiya qlobal səhnədə əhəmiyyət daşımaq, hörmət görmək istədiyi halda Amerikanın maraqlarına ehtiram göstərmədən hərəkət edir… Rusiya bilməlidir ki, biz özümüzün, eləcə də müttəfiqlərimizin öhdəliklərinə məsuliyyətlə yanaşırıq. Rusiya da öz hərəkətlərində məsuliyyətli olmalıdır». R.Tillerson-un Senat qarşısında bu fikirləri səsləndirəcəyi gözlənir.

XS
SM
MD
LG