Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:22

Türkiyədə növbəti terror aktı törədildi


Gaziantepdə silahlı hücum

Türkiyənin Qaziantep şəhərində polis idarəsinə hücum edilib.

Yerli vaxtla saat 15 radələrində polis idarəsinin qarşısında silahlı qarşıdurma olub.

Reutersin məlumatına görə hücum edənlərdən birinün üzərində bomba olub.

Təxminən iki dəqiqə sürən qarşıdurmada təhlükəsizlik qüvvələri terrorçulardan birini öldürüb, digərinin isə axtarışı gedir.

Əraziyə təcili yadım və əlavə polis qüvvələri cəlb edilib.

Anadolu agentliyi şahidlərə istinadla həmçinin 1 polisin yaralandığını xəbər verir.

Bu, Yeni il axşamı İstanbuldakı gecə klublarından birinə edilmiş hücumdan sonra ikinci terror aktdıdır.

Həmin hücumda 39 nəfər ölüb.

Bundan 4 gün sonra İzmirdə məhkəmə binasının qarşısında törədilən partlayışda isə 1 polis və və 1 məhkəmə işçisi ölüb.

XS
SM
MD
LG