Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 17:41

İstanbulda daha 378 hava reysi təxirə salındı


İstanbulda qar

Türkiyənin “Turkish Airlines” şirkəti güclü qara görə yanvarın 9-da İstanbuldakı hava limanlarından 378 daxili və beynəlxalq reysi təxirə salmalı olub.

Bundan əvvəl, istirahət günlərində də qara görə İstanbulda 630-dan çox reys təxirə salınmışdı.

3 gündür ki, İstanbula qar yağır.

Güclü qar və dumana görə Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb, həmçinin yollarda böyük tıxaclar əmələ gəlib.

XS
SM
MD
LG