Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:32

Nurayın xalası yenidən məhkəməyə müraciət edəcək


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, 3 aprel 2014
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, 3 aprel 2014

Yanvarın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nuray Bayramzadə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsi Nuray Bayramzadənin mənafeyinə uyğun deyil.

Komitə məlumatı Qubada Nuray və onun qohumları ilə görüşəndən sonra yayıb.

Məlumatda deyilir ki, görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb. Onun özü ilə ətraflı söhbət aparılıb:

"Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın 10 yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib".

Uşaq stress keçirib

Məlumatda deyilir ki, dekabrın 7-də Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib:

"Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib. Yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".

Bunu da oxu: Komtə rəsmisi və deputat Qubada Nurayla görüşür​

Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir:

"Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.

Yanvarın 6-da sosial şəbəkələrdə 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb bioloji atasına verilməsi haqda görüntülər yayılıb. Görüntülərdə məhkəmə icraçılarının və atanın uşağa qarşı mənəvi-fiziki zorakılığı geniş rezonansa səbəb olub. Bundan sonra məsələylə bağlı ictimai-siyasi xadmlər, dövlət strukturlarının nümayəndələri açıqlamalarla çıxış edib.

XS
SM
MD
LG