Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Ana ölümü ilə bağlı həkim izahatı


Doğum evi

«Tovuz rayon sakini Səkinə Əsgərova Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanada yox, Regional Perinatal Mərkəzdə vəfat edib. Yəni, bu tamam başqa bir tibb müəssisəsidir və bizim xəstəxanaya aidiyyəti yoxdur».

Bunu Gəncə şəhər A.Səhhət adına Xəstəxananın baş hakimi Nazim Məmmədov bildirib.

Yanvarın 4-də Gəncə şəhərində Tovuz rayon sakini Səkinə Əsgərova doğuş zamanı vəfat edib. Onun qohumları deyirdi ki, olay Gəncədəki Abbas Səhhət adına 1 saylı Xəstəxanasının ginekologiya şöbəsində baş verib.

Qohumlarının bildirdiyinə görə, doğuş normal keçib. Ancaq ardınca gənc ananın böyrəklərində problem yaranıb. Həkimlərin müdaxiləsi faydasız olub. Gənc ana həyatını itirib.

Mərhum S.Əsgərovanın yeni doğulmuş körpəsinin isə sağ qaldığı bildirilirdi.

PERİNATAL MƏRKƏZ NƏ DEYİR?

Regional Perinatal Mərkəzdən isə adının çəkilməsini istəməyən bir həkim S.Əsgərovanın doğuşdan sonra ölümünü belə izah edib: «Doğuşdan sonra ifrazat olmayıb. İfrazatın olmaması daxili zəhərlənmə yaradıb və xəstənin ölümünə də səbəb budur».

Günün bütün mövzuları

XS
SM
MD
LG