Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:38

Fələstinlini öldürən əsgər mühakimə olunub


Elor Azaria

İsraildə məhkəmə bir əsgəri fələstinli hücumçunu öldürdüyünə görə mühakimə edib.

İnternetdə yayımlanan videoda əsgərin yerdə uzanmış, silahsız fələstinlini başından vuraraq qətlə yetirdiyi görünür. Bu hərəkətinə görə çavuş Elor Azaria-ya 20 illik həbs cəzası verilə bilər. Müdafiəçiləri əsgərin fələstinlinin belinə partlayıcı bağladığını, təhlükəli olduğunu güman etdiyini, onu bu səbəbdən öldürdüyünü deyiblər. Hakim müdafiəni rədd edib.

Məhkəmənin qərarından bir neçə saat sonra İsrailin baş naziri Benjamin Netanyahu Facebook səhifəsində bu haqda yazıb, E.Azaria-nın əfv olunmasını istədiyini bildirib. Nazir ictimaiyyəti orduya və onun zabitlərinə dayaq durmağa çağırıb.

İsrailin müdafiə naziri Avigdor Lieberman da məhkəmənin qərarıyla razılaşmadığını, amma qərara hörmət etməli olduqlarını deyib.

Bəzi yerlərdə çavuşu müdafiə aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG