Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 03:29

Namaz vaxtı universitetdə tədris dayandırılıb


Bosniya universitetində dərs

Bosniya universitetində cümə namazı vaxtı tədrisin dayandırılması bir sıra tənqidlərlə qarşılanıb.

Bəziləri bunu islamlaşmaya doğru addım hesab edirlər.

Sarayevo universiteti bu həftə cümə namazı vaxtı tədrisin təxminən saatyarım dayandırılması barədə qərar qəbul edib.

Universitet həmçinin katolik və pravoslavların ibadət etməsi üçün şənbə və bazar günləri 1 saatlıq fasilə elan edib.

Bosniya-Hersqovinanın tərkibindəki Serb Respublikasının prezidenti Milorad Dodic bu addımı pisləyib və deyib ki, bu “daha çox İslam dövlətinə bənzəyir”.

Dodicin sözlərinə görə Sarayeva hakimiyyəti Yeni il ərəfəsində həmçinin alkoqollu içkiləri qadağan edib.

Sosial-demokratlar da daxil olmaqla 3 solçu və liberal siyasi partiya da bu addımı, Bosniya müsəlmanlarının radikallaşması baxımından pisləyiblər.

Universitetsə bildirib ki, qərar “İnsan hüquqları və məzhəb azadlıqlarına əməl olunması” baxımından qəbul edilib.

2013-cü ilin statiskasına görə, 3,5 milyonluq Bosniya əhalisinin təxminən yarısı müsəlmandır.

XS
SM
MD
LG