Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

Polis Yeni il axşamı kafe və restoranlarda reydlər keçirib


Qroznı

Qroznı polisi Yeni il axşamı kafe və restoranlarda reydlər keçirib.

Əməliyyat zamanı alkoqol qəbul edən gənclər saxlanıb.

Bu barədə “Kavkazskiy uzel” saytı məlumat yayıb.

İmran adlı Qroznı sakini deyir ki, Yeni il axşamı dostları ilə birlikdə kafedə olarkən, polislər içəri doluşdu və qonşu stolda alkoqol içən 3 nəfəri götürərək apardılar. “Xoşbəxtlikdən bizim stolda alkoqol yox idi, yoxsa biz də Yeni ili təcridxanada keçirməli olacağdıq”,deyə İmran bildirir.

Digər Qroznı sakini Zayndi də tanışlarının alkoqola görə Yeni il axşamı polisə aparıldıqlarını deyir.

Polisin məlumatına görə, saxlananların hamısı artıq sərbəst buraxılıb.

XS
SM
MD
LG