Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 08:58

Atəşkəslə bağlı 2 yanvar açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 35 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı, Cəfərli, Qızılhacılı, Berd rayonundan isə Tovuz rayonunun Ağbulaq kəndi atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Həmin hərbi əməliyyatların aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə dayandırılması ilə bağlı razılıq əldə edilib. Bir ay sonra isə Vyanada ATƏT Minski qrupunun həmsədrlərini vasitəçiliyi ilə prezidentlərin görüşündən sonra iri hərbi əməliyyatlar dayanıb. Ancaq hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırırlar.

XS
SM
MD
LG