Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 17:21

Milli Məclis 'vergi amnistiyası'nı qəbul etdi


Milli Məclis

Bu gün, dekabrın 30-u Milli Məclisin payız sessiyasının son plenar iclasında «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» qanun layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Onun deməsinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb.

Layihə səsə qoyularaq qəbul edilib. Sənəddə söhbət vergi faizləri və sanksiyalara güzəştin tətbiqindən gedir.

Qəbul edilən layihəyə görə, əgər sahibkar mövcud maliyyə sanksiyaları üzrə borcun yanvarda 30 faizini ödəsə, yerdə qalan 70 faiz silinəcək.
Yanvar-fevral aylarında sanksiyalar üzrə borcun 50 faizi ödənildikdə, yerdə qalan 50 faiz alınmayacaq. Yanvar-mart aylarında isə 70 faizi ödənildikdə, qalan 30 faiz bağışlanacaq.

Qanun 44000-dən çox vergi ödəyicisini əhatə etməlidir. Onların 97 faizdən çoxunun özəl sektorda çalışan sahibkarlar olacağı bildirilir.

Sənəd 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Multimedia

XS
SM
MD
LG