ABŞ-ın sanksiyalarına, hələ ki, yalnız Rusiyanın Birləşmiş Ştatlardakı səfirliyindən reaksiya veriblər. Diplomatik missiyanın Twitter səhifəsində deyilir ki, Ağ evin qəbul etdiyi sanksiyalar birbaşa münasibətlərin korlanmasına yönəlib və cavabsız qalmayacaq.
Dekabrın 29-da ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq Rusiyanın 35 diplomatını ölkədən qovub və Rusiyanın Nyu-York və Merilenddəki iki diplomatik şəhərciyini bağlayıb.
Ağ ev Rusiyanın ABŞ-a kiber hücumlarına sərt cavab veriləcəyini elan etmişdi.
Amerikalı rəsmilər Rusiyanı ABŞ-da ötən prezident seçkilərinə müdaxilə məqsədilə siyasi qurumlara haker hücumlarında, D.Trump-ın qələbəsini təmin etməkdə günahlandırırlar.
Rusiya ittihamları rədd edir.