Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:35

Putin:"Suriya hökuməti ilə silahlı müxalifət razılaşdılar"


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Suriyada atəşkəs və sülh danışıqları ilə bağlı razılaşma əldə olunduğunu deyir.

O, xarici işlər və müdafiə nazirləri ilə görüşdə deyib ki, Suriya hökuməti ilə silahlı müxalifət arasında 3 sənəd imzalanıb-atəşin dayandırılması, atəşkəsə əməl edilməsi ilə bağlı tədbirlər və sülh danışıqlarına hazır olmaq.

Amma Putin razılaşmanın çıx kövrək olduğunu bildirib.

Məlumatı Türkiyədəki Suriya Milli Koalisiyası ilə Suriya ordusu da təsdiqləyib.

Razılaşmaya əsasən dekabrın 29-u gecə yarısı atəşkəs qüvvəyə minməlidir.

Bundan əvvəl Rusiya, Türkiyə və İranın Suriyada atəşkəslə bağlı razılığa gəldikləri, bir gün əvvəlsə Moskva ilə Ankaranın münaqişə ilə bağlı hərtərəfli barışıq planı hazırlamaları bildirilirdi.

Plan hazırda hökumət və müxalifət qüvvələri arasında döyüş gedən bütün əraziləri əhatə edir.

Əgər davamlı atəşkəs əldə olunsa, Suriyanın hökumət və müxalifət nümayəndələri Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaqlar.

Suriyanı böləcəklər ?

CNBC “mənbələrə” istinadən yazır ki, Rusiya, İran və Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən Suriya bu regional dövlətlər arasında nüfuz dairələrinə bölünməli, prezident Bəşər əl-Əsədsə azı bir neçə il öz postunda qalmalıdır.

Rusiya mənbələrinə istinad edən CNBC yazır ki, bu razılaşmada habelə Əsədin ələvi təriqətinin nəzarətində olan etnik muxtariyyətlər də nəzərdə tutulub, lakin bu məqam Əsədin özü, qiyamçılar, Körfəz ölkələri və ABŞ-la razılaşdırımalı olacaq.

Rusiyanın Xarici İşlər Nazirliyinə yaxınlığı ilə tanınan Beynəlxalq İşlər Şurasının direktoru Andrey Kortunovun dediyinə görə bu məsələdə kompromisə doğru irəliləyiş olub.

Kortunov deyir ki, yekun sazişin əldə edilməsi asan olmayacaq, çünki bu razılaşmaya əsasən prezident Əsədin səlahiyyətləri üç regional gücün nəfinə azaldılacaq.

Rusiya və Türkiyə onun hakimiyyətdə qalmasına yalnız növbəti prezident seçkisinədək imkan verəcəklər. Bundan sonra o yerini daha mötədil və daha az bölücü ələvi namizədə verəcək.

Mənbələr bildirirlər ki, İranı bütün bu planları qəbul etməyə sövq etmək lazım gələcək. Bütün hallarda Əsəd, özünə və ailəsinə verilən təhlükəsizlik təminatı ilə postunu tərk etməli olacaq.

Kortunov bunu da bildirib ki, Əsədin yerinə namizəd kimi bir neçə ad artıq hallandırılır.

Bununla belə, Kortunov “hallandırılan adlardan” heç birini açmaq istəməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG