Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Oman Səudiyyə Ərəbistanı tərəfə keçir


İran prezidenti Hassan Rohani və Oman sultanı Qaboos bin Said al Said

Oman terrorla mübarizədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi müsəlman ölkələri koalisiyasına qoşulacağını bildirib. Ərəb xəbər agentliklərinin yaydığı məlumata görə, dekabrın 28-də Omanın müdafiə naziri Səudiyyə Ərəbistanı şahzadəsi Mohammed bin Salman-a məktub göndərib, Terror Əleyhinə İslam Hərbi Alyansına qoşulmaq qərarına gəldiklərini çatdırıb.

Şahzadənin yaxın günlərdə Omana gedəcəyi, hərbi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.

Oman Fars körfəzində İrana ən yaxın müttəfiq sayılırdı. İran isə Səudiyyə Ərəbistanının rəqibidir, onlar Yaxın Şərqdə --Suriya, Livan, İraq və Yəmən münaqişələrində bir-birinə qarşıdırlar. Oman öz təhlükəsizliyini təmin etmək məqsədilə bu ölkələr arasında vasitəçi rolunu oynamağa çalışmış, İrana yaxınlaşdığına görə Səudiyyə Ərəbistanıyla münasibətlərini korlamışdı.

XS
SM
MD
LG