Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 07:17

Avropa Məhkəməsi NİDA-çı gəncin həbsini araşdırır


İlkin Rüstəmzadə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Vətəndaş Hərəkatının həbsdəki fəalı İlkin Rüstəmzadənin işi üzrə hökumətlə kommunikasiyaya başlayıb.

Bu barədə onun vəkili Nemət Kərimli “Turan” Agentliyinə bildirib.

Vəkilin sözlərinə görə, şikayət İ. Rüstəmzadənin 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbsi ilə bağlıdır.

Ona qarşı Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ NİDA-çı gəncin işi ilə bağlı hökumətə suallar gəlib

İstintaq Rüstəmzadənin Bakı bulvarında Harlem Shake rəqs fleş-mobu təşkil etməsini və videosüjeti YouTube-da yerləşdirməsini xuliqanlıq hesab edib.

Müdafiə tərəfi bu ittihamı absurd, fəalın bu əsasla həbs edilməsini isə qanunazidd hesab edir.

Sonradan Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

Buna da bax: "Niyə başqa NİDA-çıları buraxırlar, onu yox?"

AİHM-ə göndərilən şikayətdə Rüstəmzadənin Avropa Konvensiyasının 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə təhqiqatı hüququ) və 11-ci (toplaşmaq azadlığı) maddələrində zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qaldırılır.

Hökumət AİHM-nin suallarını 2017-ci il aprelin 3-dək cavablandırmalıdır.

Xatırlatma

Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Rüstəmzadə ilə bağlı araşdırdığı yeganə iş deyil.

Buna da bax:​ İ.Rüstəmzadənin işindən Avropaya 3 şikayət

Strasburq məhkəməsi bundan əvvəl gəncin inzibati həbs edilməsi ilə bağlı şikayət üzrə hökumətə suallar göndərmişdi. Həmin şikayət İ.Rüstəmzadənin Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönümü münasibətilə təşkil olunan anım mərasimində saxlanıb 15 sutka həbs edilməsi ilə bağlı idi.

İ.Rüstəmzadə 2014-cü il mayın 6-da həbs edilmiş NİDA fəallarından azadlığa buraxılmayan son fəaldır. Bütün digər fəallar müxtəlif zamanlarda əfv olunublar.

İ.Rüstəmzadəni Amnesty İnternational “vicdan məhbusu” kimi tanıyıb

XS
SM
MD
LG