Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:29

Rahim Hacıyev prokurorluğa çağrıldı


Rahim Hacıyev

"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Bu barədə AzadlıqRadiosu-na Rahim Hacıyev özü məlumat verib.

Bildirib ki, dekabrın 28-də axşam saatlarında idarənin müstəntiqi Anar Dəmirçiyev onunla telefonla əlaqə saxlayaraq, dindirməyə dəvət edib: "Dekabrın 29-da saat 14.00-da prokurorluqda olmalıyam".

Buna da bax:​ Rahim Hacıyev: 'Hər şey ola bilər, həbs də istisna edilmir'

Rahim Hacıyev "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə istintaqda sentyabr ayında da dindirilmişdi.

Rahim Hacıyevlə yanaşı, "Azadlıq"ın bir sıra başqa əməkdaşları da Faiq Əmirlinin işi üzrə istintaq tərəfindən şahid qismində dindirilib. Amma onlara Faiq Əmirliyə verilmiş ittihamlar yox, qəzetin fəaliyyəti, xüsusən maliyyə məsələləriylə bağlı suallar verilib.

Buna da bax: 'Hansı mətbuat orqanı 'Azadlıq' qədər repressiyalara məruz qalıb?'

F.Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax: Faiq Əmirlinin də həbs müddəti uzadıldı

Türkiyə hökumət rəsmiləri iyulun 15-də ölkələrində baş verən çevriliş cəhdini Fethullah Gülenin himayə etdiyini bildirir. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə bu iddiaları yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

XS
SM
MD
LG