Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 19:11

'Komandir, düşürük!'


Təyyarənin qalıqları.

Mətbuat qəzaya uğramış TU-154 təyyarəsinin pilotunun son sözlərini dərc edib. Ekspertlərin araşdırdığı səs yazılarında pilotun danışığı yarımçıq kəsilir və onun son sözləri, «Qanadlar!…komandir, düşürük!» olur.

Rusiyadan Suriyaya uçan TU-154 təyyarəsi bazar günü qəzaya uğrayıb. Təyyarədəkilərin hamısı—92 sərnişin və heyət üzvləri həlak olublar. Sərnişinlərin yarıdan çoxu Suriyadakı əsgərlərə konsert verməyə gedən musiqiçilər, Rusiya Müdafiə Nazirliyinin «Aleksandrov» hərbi ansamblının üzvləri olduğundan səbəblərdən danışanda, terror aktı versiyası da müzakirə olunurdu.

Ancaq dünən—dekabrın 27-də xilaskarlar Qara dənizdən təyyarənin qara qutusunu tapıblar. İlkin araşdırmalar rəsmilərin ehtimallarını təsdiqləyib. Təyyarənin ya pilotun səhvi, ya da texniki nasazlıq üzündən düşdüyü güman olunur. Araşdırma davam etdiyindən ekspertlər son nəticəyə hələ gəlmədiklərini deyiblər.

XS
SM
MD
LG