Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 12:17

Berlindən İtaliyaya qatarla qaçıbmış


Anis Amri

Berlin hadisələrində günahlandırılan şəxsin Fransadan İtaliyaya qatarla keçdiyi müəyyən edilib.

Dekabrın 19-da bir nəfərin yük avtomobilini bayram yarmarkasındakıların üstünə sürməsi nəticəsində 12 nəfər ölüb. Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) üzərinə götürüb.

Polis hücumu törətməkdə günahlandıran şəxsi—24 yaşlı tunisli Anis Amri-ni İtaliyada tapıb, güllələyib. İndi onun İtaliyaya hansı yolla qaçdığı araşdırılır.

Alman və fransız mətbuatının yazdığına görə, hadisədən 3 gün sonra Fransanın Lion şəhərindəki dəmiryol platformasındakı kameralar şübhəlini qeydə alıblar. Onun İtaliyaya tək yola düşdüyü müəyyən edilib.

XS
SM
MD
LG